"Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə
Fondunun 2011-ci il
büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci
il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinə uyğun
olaraq iş axtaranların və işsiz vətəndaşların
sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin
Dövlət Proqramında
işsizlik müavinətinin
ödənilməsi üçün
vəsaitin məbləğlərini
Naxçıvan Muxtar
Respublikası üzrə
xərclər ayrıca
göstərilməklə nəzərdə
tutsun;
1.2. gəlir
və xərc smetaları Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən
təsdiq olunan iri dövlət müəssisələrinin 2011-ci il üçün smetalarında əvvəlki
illərdə yaranmış
məcburi dövlət
sosial sığorta haqları üzrə borcların ödənilməsini
nəzərdə tutsun;
1.3. öz
səlahiyyətləri daxilində
\"Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
2011-ci il büdcəsi
haqqında\" Azərbaycan
Respublikası Qanunundan
irəli gələn məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fonduna tapşırılsın
ki, Fondun 2011-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə
yetirilməsi üçün
zəruri tədbirlər
görsün və bu barədə ildə iki dəfə
Azərbaycan Respublikasının
Prezidentinə və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
tapşırılsın ki,
2011-ci ildə Azərbaycan
Respublikasının Dövlət
Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların
(transfertin) rüblük
və aylıq bölgüsünü Azərbaycan
Respublikasının Dövlət
Sosial Müdafiə Fondu ilə razılaşdırmaqla təsdiq
etsin.
4. Dövlət büdcəsindən maliyyələşən
təşkilatların rəhbərlərinə
tapşırılsın ki,
məcburi dövlət
sosial sığorta haqları üzrə əvvəlki illərdə
yaranmış borcları
2011-ci il üçün xüsusi
vəsaitlərin smetalarının
tərtibində və
təsdiqində nəzərə
alsınlar.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və
rayon icra hakimiyyətlərinə
tapşırılsın ki,
ərazilərindəki dövlət
təşkilatlarının, o cümlədən büdcədən
maliyyələşən təşkilatların
məcburi dövlət
sosial sığorta haqlarını vaxtında
və tam ödəməsini
təmin etmək üçün Azərbaycan
Respublikası Dövlət
Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə lazımi tədbirləri həyata keçirsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2010-cu il
Azərbaycan.-2010.- 26 noyabr.- S.7.