Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunması, tədqiqi təbliği işində xidmətlərinə görə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

 

Hacıyev İlqar Vaqif oğlu

Mövlayeva Səmayə Ələkbər qızı

Şamilova Kübra Əsədulla qızı

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 27 noyabr.- S. 1.