Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə
Fondunun 2011-ci il
büdcəsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Maddə
1. Azərbaycan Respublikası Dövlət Sosial
Müdafiə Fondunun 2011-ci il büdcəsinin gəlirləri 1 970 540 000,0
manat, xərcləri 1 970 540 000,0 manat məbləğində təsdiq edilir.
Maddə
2. Müəyyən edilsin ki,
2011-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun
gəlirləri aşağıdakı daxilolmalar
hesabına formalaşır:
Gəlirlərin
mənbələri Məbləğ (manatla)
1.
Məcburi dövlət sosial
sığorta haqları, cəmi
o cümlədən: 1 277 040
000,0
1.1.
büdcədən maliyyələşən təşkilatlar
üzrə 496 300 000,0
1.2.
büdcədən maliyyələşən təşkilatlarda
işləyənlər
üzrə
67 700 000,0
1.3.
büdcə təşkilatlarının büdcədənkənar
vəsaitləri
üzrə
daxilolmalar 7 500 000,0
1.4.
digər sığortaedənlər
o cümlədən: 705 540 000,0
sahibkarlıq
fəaliyyəti ilə məşğul olan
fiziki şəxslər
üzrə
32 400 000,0
2.
Sair gəlirlər, cəmi
o cümlədən: 2 500 000,0
sanatoriya-kurort
yollayışlarının qismən dəyəri
üzrə
daxilolmalar 1 500 000,0
3. Dövlət büdcəsindən ayırmalar
(transfert) 691 000 000,0
Maddə 3. Müəyyən
edilsin ki, Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
2011-ci il büdcəsinin xərcləri
aşağıdakı istiqamətlərdə
həyata keçirilir:
Xərclərin istiqamətləri Məbləğ (manatla)
1. Əhaliyə ödənişlər, cəmi
o cümlədən: 1
916 980 000,0
1.1. əmək
pensiyalarının ödənilməsinə,
cəmi
o cümlədən: 1
852 430 000,0
əmək pensiyalarının baza hissəsinə 1 317 130 000,0
əmək pensiyalarının sığorta
hissəsinə 535 300 000,0
1.2. məcburi
dövlət sosial sığorta haqları hesabına
müavinətlərə, cəmi
ondan: 64 550 000,0
əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə
21 200 000,0
hamiləliyə və doğuşa
görə 21 350 000,0
uşağın anadan olmasına
görə 2 250 000,0
3 yaşına çatanadək uşaqlara
qulluqla əlaqədar
5 000 000,0
dəfn üçün 10 400 000,0
işsizliyə görə 4 350 000, 0
2. Pensiya və müavinətlərin
əhaliyə çatdırılması,
bank əməliyyatlarının
aparılması üzrə
xidmət
haqqı xərcləri 16 500 000,0
3. Sığortaolunanların
sanatoriya-kurort müalicəsi
və
sağlamlaşdırma tədbirlərinin həyata
keçirilməsi
üzrə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası vasitəsilə maliyyələşdirilən
xərclər, cəmi
o cümlədən: 13
790 000,0
3.1. sanatoriya-kurort müalicəsi və istirahət üçün
yollayışların alınmasına 10 980 000,0
3.2. sığortaolunanların
uşaqlarının sağlamlıq
düşərgələrində istirahətinin təşkilinə 130 000,0
3.3. sanatoriya-profilaktoriyalara
yemək xərcləri,
tibb
xidməti və ştatların saxlanılmasına 110 000,0
3.4. Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının idman cəmiyyətlərinə
məxsus
idman qurğularının qismən
saxlanılmasına
(işçilərin
əməkhaqqının ödənilməsi)
1 680 000,0
3.5. Həmkarlar İttifaqlarının texniki
və əməyin hüquqi
müfəttişliyinin, etimadlı həkimlərin,
sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların
saxlanılmasına 890 000,0
4. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi
aparatının və onun yerli orqanlarının saxlanılması
xərcləri 21 000 000,0
5. Beynəlxalq təşkilatlara üzvlük
haqlarının
ödənilməsi xərcləri, cəmi
o cümlədən: 40
000,0
5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük
haqqının ödənilməsi xərcləri
14 000,0
5.2. MDB dövlətlərinin
Sosial Təminat Assosiasiyasına
üzvlük haqqının ödənilməsi
xərcləri 26 000,0
6. Sığortaolunanların
fərdi uçot sisteminin tətbiqi ilə
bağlı xərclər 400 000,0
7. “2009-2015-ci illərdə
Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət
Proqramı” üzrə
nəzərdə
tutulmuş tədbirlərin həyata
keçirilməsi ilə
bağlı
xərclər 1 430
000,0
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il
22 dekabr tarixli 449s nömrəli
Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikası ilə Beynəlxalq İnkişaf
Assosiasiyası
arasında Maliyyələşdirmə Sazişi
(“Sosial
Müdafiənin İnkişafı Layihəsi”)” üzrə xərclərin
maliyyələşdirilməsi 400 000,0
Maddə 4. Sığortaedənlərin keçmiş Dövlət
Məşğulluq və
Əlillərin Sosial Müdafiə fondlarına
ayırmalar üzrə
qalan borcları Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.
Maddə 5. Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının
və yerli orqanlarının hesablarında
ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə
yönəldilir.
Maddə
6. Büdcə ili ərzində
dövlət büdcəsindən maliyyələşən təşkilatlara
nəzərdə tutulmuş məcburi
dövlət sosial sığorta
haqları üzrə vəsaitlər Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə
Fondunun orqanlarına tam
məbləğdə daxil olmadıqda, nəzərdə
tutulmuş və faktiki
hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı
fərq qədər dövlət büdcəsindən
ayırmaların (transfertin) məbləği
artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş
və faktiki hesablanmış məcburi
dövlət sosial sığorta
haqları arasındakı fərq qədər dövlət
büdcəsindən ayırmaların (transfertin)
məbləği azaldılır.
Maddə
7. Bu Qanun 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2010-cu il
Azərbaycan.- 2010.- 26 noyabr.- S. 7.