"Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə
Fondunun 2010-cu il
büdcəsi haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər və əlavələr
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara
alır:
"Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə
Fondunun 2010-cu il
büdcəsi haqqında" Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 12, maddə 960)
aşağıdakı dəyişikliklər və əlavələr
edilsin:
1.
1-ci maddə aşağıdakı redaksiyada
verilsin:
"Maddə
1. Azərbaycan Respublikası Dövlət Sosial
Müdafiə Fondunun 2010-cu il büdcəsinin gəlirləri 1 768 548 118,0
manat, xərcləri 1 786 000 000,0 manat məbləğində təsdiq edilir".
2. 2-ci maddədəki cədvəlin 1-ci
bəndində "1 221 011 400,0" rəqəmi "1 232 343
318,0" rəqəmi ilə, 1.1-ci bəndində "438 250
000,0" rəqəmi "464 833 800,0" rəqəmi ilə,
1.2-ci bəndində "59 761 400,0" rəqəmi "61
961 400,0" rəqəmi ilə, 1.4-cü bəndində "696
000 000,0" rəqəmi " 678 548 118,0" rəqəmi ilə
əvəz edilsin.
3. 3-cü maddədəki cədvəlin
1-ci bəndində "1 688 270 000,0" rəqəmi "1
716 933 800,0" rəqəmi ilə, 1.1.-ci bəndində "1
633 900 000,0" rəqəmi "1 662 563 800,0" rəqəmi
ilə və "1 138 900 000,0" rəqəmi "1 167 563
800,0" rəqəmi ilə əvəz edilsin, həmin maddəyə
aşağıdakı məzmunda 13-cü bənd əlavə
edilsin:
13. Pensiya islahatları üzrə qrant lahiyələrində
Azərbaycan Respublikası
tərəfinin payının
maliyyələşdirilməsi ilə bağlı vergi öhdəliklərinin
yerinə yetirilməsi
xərcləri 120 000,0
4. 5-ci maddəyə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fondunun 2010-cu ilin büdcəsinin gəlirləri
və xərcləri arasındakı 17 451 882,0 manat məbləğində
fərq Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında 2010-cu il 01 yanvar tarixinə qalan vəsait hesabına maliyyələşdirilir".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2010-cu il
Azərbaycan.- 2010.- 26
noyabr.- S. 7.