Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilmişdir
Noyabrın 24-də Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı
ilə Azərbaycan-Polşa
biznes forumu keçirilmişdir. Biznes forumu Polşanın
Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın Azərbaycana səfəri çərçivəsində
təşkil olunmuşdur.
Tədbirdə hər iki ölkəni təmsil edən rəsmi şəxslərlə
yanaşı, səhiyyə,
maliyyə, turizm, təhsil, sənaye, kənd təsərrüfatı,
tikinti, bərpa olunan enerji və
sair sahələrdə
fəaliyyət göstərən
30-a yaxın iş adamı iştirak etmişdir.
Forumun açılışında Azərbaycanın
sənaye və energetika naziri Natiq Əliyev və Valdemar Pavlyak ölkələrimiz
arasında mövcud olan və tarixi
köklərə söykənən
siyasi və iqtisadi əlaqələrin
intensivliyindən, inkişaf
dinamikasından məmnunluqlarını
ifadə etmişlər. Qeyd olunmuşdur
ki, son bir ildə Azərbaycandan Polşaya ixrac edilən məhsulların
həcmi iki dəfə artmışdır.
İqtisadi inkişaf
nazirinin müavini Niyazi Səfərov tədbirin keçirilməsinin
əsas məqsədinin
mövcud iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, bu zəmində iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dəstək
olduğunu bildirmişdir.
Məlumat verilmişdir ki, hazırda ölkələr
arasında 93 milyon
ABŞ dolları məbləğində
ticarət dövriyyəsi
vardır. Polşanın iqtisadiyyat nazirinin
müavini Dariuş Boqdan bu rəqəmin
hazırkı potensialı
əks etdirmədiyini
vurğulamışdır.
Daha sonra hər iki ölkə barədə film nümayiş
etdirilmiş, tarixi inkişaf yolları və iqtisadi göstəricilər barədə
təqdimatlar olmuşdur.
Biznes forumu çərçivəsində Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondu
(AZPROMO) ilə Polşanın
İnformasiya və Xarici İnvestisiya Agentliyi (PALiLZ) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyası ilə
Polşa İşəgötürənlər
Assosiasiyası arasında
qarşılıqlı əməkdaşlıq
haqqında anlaşma memorandumları imzalanmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 25 noyabr.- S.3.