"Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

lilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1097-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Əlilliyin uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1097-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması haqqında təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Əlilliyin uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1097-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 26 noyabr.- S. 8.