Azərbaycan Prezidenti İlham Əliyev
Türkmənistanın Baş nazirinin müavini
Xıdır Saparlıyevi qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Türkmənistanın
Baş nazirinin müavini Xıdır Saparlıyevi qəbul etmişdir.
Baş
nazirin müavini
Xıdır Saparlıyev Türkmənistan Prezidenti
Qurbanqulu Berdiməhəmmədovun
salamlarını dövlətimizin başçısına
çatdırdı. O, Türkmənistan Prezidentinin
ölkələrimiz arasında münasibətlərin
inkişafına böyük önəm verdiyini dedi, Hökumətlərarası
Birgə Komissiyanın müəyyən edilmiş tapşırıqlar əsasında
səmərəli və fəal işlədiyini
vurğuladı. Qonaq Türkmənistan Prezidentinin komissiyanın daha
məhsuldar işləməsi üçün
əlavə tapşırıqlar verdiyini
də bildirdi.
Dövlətimizin
başçısı bu yaxınlarda
Türkmənistan Prezidenti ilə
Bakıda görüşdüyünü
və səmərəli danışıqlar
apardıqlarını xatırladı. Xəzəryanı
ölkələrin dövlət
başçılarının dənizdə
qarşılıqlı fəaliyyət və ikitərəfli
münasibətlər çərçivəsində
keçirilən sammitini uğurlu
tədbir kimi qiymətləndirən Prezident İlham Əliyev
zirvə görüşündə yaxşı qərarlar qəbul
olunduğunu qeyd etdi. Azərbaycan ilə Türkmənistan
arasında münasibətlərin inkişafından razı
qaldığını deyən dövlətimizin
başçısı Türkmənistan Prezidenti
ilə əlaqələrimizin inkişafına dair
mühüm məsələləri
müzakirə etdiklərini də diqqətə
çatdırdı.
Dövlətimizin
başçısı Türkmənistan Prezidenti
Qurbanqulu Berdiməhəmmədovun
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin
başçısına çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 26 noyabr.- S. 1.