"BakuTel" XVI Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi çərçivəsində konfrans keçirilmişdir

 

Noyabrın 24-də \"Hyatt Regency - Naxçıvan\" mehmanxanasında \"BakuTel-2010\" XVI Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə konfrans keçirilmişdir.

Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktualllığı, həmçinin Azərbaycanda \"Ekologiya ili\" ilə əlaqədar olaraq tədbir \"İKT və iqlim dəyişikliyi\" mövzusuna həsr edilmişdir.

Konfransda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna göstərilən diqqət və qayğı, aparılan məqsədyönlü siyasət, reallaşdırılan genişmiqyaslı proqramlar və layihələr sayəsində sahənin dinamik inkişaf etdiyini bildirmişdir. Hər il keçirilən \"BakuTel\" sərgi və konfransı yeni tərəfdaşların tapılması, iqtisadi əlaqələrin genişləndirilməsi və dünyada mövcud ən yeni texnologiyalarla tanışlıq üçün yaxşı bir platformadır.

Nazir İKT və ekoloji problemlərin həllini istiqamətləndirən \"Smart 2020\" beynəlxalq sənədin əhəmiyyətini qeyd etmişdir. BMT və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə hazırladığı bu proqrama əsasən, İKT-nin tətbiqini artırmaqla ətraf mühitə buraxılan zəhərli qazların həcmini azaltmaq mümkündür. Mütəxəssislərin hesablamalarına görə, yaxın 10 ildə İKT-dən ekoloji təbiətə vurulan ziyan təxminən 2 dəfə artaraq 4 faiz təşkil edəcəkdir. Amma İKT-nin hərtərəfli inkişafı ümumi zərəri 15 faiz azaldacaqdır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev ölkədə ekoloji problemlərin həlli istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən irimiqyaslı layihələr, qəbul olunan dövlət proqramları barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, İKT sahəsində qazanılmış son nailiyyətlər, yeni texnologiyaların ekoloji sahələrə tətbiqi müsbət nəticələrini verir.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura və Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndəsi Artur Levin dünyada baş verən iqlim dəyişikliyi nəticəsində yaranan problemlərin həllində İKT-nin rolundan danışmışlar. Qabaqcıl \"yaşıl\" texnologiyaların tətbiqi ətraf mühiti daha effektiv qorumağaekologiyaya mənfi təsirin səviyyəsini azaltmağa kömək edəcəkdir.

Konfrans bölmə iclasları ilə işini davam etdirmişdir.

 

 

Azərbaycan.- 2010.- 25 noyabr.- S.5.