Bakıda Azərbaycan-Türkmənistan Hökumətlərarası Birgə Komissiyasının ikinci iclası keçirilmişdir

 

Noyabrın 25-də Bakıda Azərbaycan-Türkmənistan Hökumətlərarası Birgə Komissiyasının ikinci iclası keçirilmişdir.

Komissiyanın həmsədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkələrimiz arasındakı əlaqələrin son illərdə daha uğurlu inkişafından danışmışdır. Bildirmişdir ki, dövlətlərimizin başçılarının səyləri ölkələrimizin əməkdaşlıq əlaqələrini gücləndirmişdir. İndiyədək həyata keçirilən bütün tədbirlər, layihələr ölkələrimiz arasındakı münasibətləri daha da yaxınlaşdırır, inkişaf etdirir. Ticarət əlaqələrinin genişləndiyinə də toxunan Y.Eyyubov son bir ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsinin təxminən 7 dəfə artdığını bildirmişdir. Vurğulamışdır ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi onun AsiyaAvropa arasında tranzit ölkə kimi rolunu artırır.

Türkmənistan Baş nazirinin müavini Xıdır Saparlıyev Prezident Qurbanqulu Berdiməhəmmədovun salamlarını iclas iştirakçılarına çatdırmışdır. Qonaq Hökumətlərarası Birgə Komissiyanın müəyyən edilmiş tapşırıqlar əsasında səmərəli və fəal işlədiyini bildirmişdir. Qeyd etmişdir ki, son illər neft, qaz, mədəniyyət, elms. sahələrdə dəfələrlə ortaq tədbirlər keçirilmişdirbu ənənə davam etdiriləcəkdir. Humanitar sahədə, xüsusilə də elmi tədqiqatlar, dənizçilik işi sahələrində əməkdaşlığı genişləndirmək vacibdir. Türkmənistan dənizçilik işi sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır. Bu, Türkmənistanda aparılan gənclər siyasətinin bir hissəsi ola bilər. Qonaq ölkələrimizin özəl sektorlarının da əməkdaşlığa cəlb olunmasının məqsədəuyğunluğunu vurğulamışdır.

Sonda iclasın yekunlarına dair protokol imzalanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 noyabr.- S. 8.