Bakıda "Vətəndaş cəmiyyətinin
inkişafı və QHT-lərin dövlət tərəfindən
maliyyələşdirilməsi: qazanılmış
təcrübə və yeni imkanlar" mövzusunda
beynəlxalq konfrans işə
başlamışdır
Noyabrın 25-də Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının təşəbbüsü ilə "Vətəndaş
cəmiyyətinin inkişafı və QHT-lərin dövlət
tərəfindən maliyyələşdirilməsi:
qazanılmış təcrübə və yeni
imkanlar" mövzusunda
beynəlxalq konfrans işə
başlamışdır.
AzərTAc xəbər verir
ki, tədbirə ABŞ-dan,
Avropa və MDB ölkələrindən
QHT-lər üzrə beynəlxalq ekspertlər, donor təşkilatların təmsilçiləri,
ümumilikdə 25 ölkədən 120-dək nümayəndə,
habelə Azərbaycanın hökumət qurumlarının
nümayəndələri iştirak edirlər.
Dövlət
Şurasının sədri Azay Quliyev konfransı açaraq
tədbirin məqsəd və məramından
danışmışdır.
Azərbaycanda
vətəndaş cəmiyyətinin sürətlə inkişaf etdiyini diqqətə
çatdıran A.Quliyev qeyd
etmişdir ki, son üç ildə
QHT-dövlət əməkdaşlığı daha yüksək səviyyəyə
qalxmışdır. Prezident İlham Əliyevin sərəncamı
ilə "Azərbaycan Respublikasının qeyri-hökumət
təşkilatlarına dövlət dəstəyi
Konsepsiyası"nın təsdiq olunması və Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının yaradılması ölkəmizdə vətəndaş
cəmiyyətinin inkişafına mühüm
təkan vermişdir.
Tədbirdə çıxış edən
Azərbaycan Respublikası Baş nazirinin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin və
Beynəlxaq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov
demişdir ki, Azərbaycan
hökuməti QHT-lərin inkişafına xüsusi diqqət yetirir.
Hər hansı ölkədə vətəndaş cəmiyyətinin
inkişafının vahid formada
tətbiqinin düzgün
olmadığını vurğulayan Ə.Həsənov
bu prosesdə milli
xüsusiyyətlərin nəzərə alınmasının
zəruriliyini qeyd etmişdir.
Bildirilmişdir ki, beynəlxalq təcrübəyə
əsaslanaraq milli-mənəvi dəyərlərimizə uyğun gələn təcrübədən
istifadə edərək Azərbaycan öz
vətəndaş cəmiyyəti təcrübəsini
artıq formalaşdırmışdır.
Baş nazirin müavini demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi vətəndaş
cəmiyyətinin inkişafında böyük
çətinliklər yaratsa da, Azərbaycan bu prosesdə
müəyyən inkişaf yolu keçmişdir.
Hazırda Azərbaycanda 2 min 600-dən çox QHT fəaliyyət göstərir ki, bunların 107-si beynəlxalq təşkilatlardır.
Azərbaycan hökuməti bu təşkilatların
70-i ilə yaxından əməkdaşlıq edir.
Onların fəaliyyət göstərməsi üçün
Azərbaycanda kifayət qədər şəffaf şərait
vardır.
ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyinin (USAİD) ölkə üzrə
əlaqələndiricisi Kiif Simmon, "Counterpart International" təşkilatının vitse-prezidenti xanım Arlene
Lear, ATƏT-in Bakı ofisinin
rəhbəri, səfir Əli Bilge Cankorel, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun
Bakı ofisinin icraçı direktoru Fərda Əsədov qeyd
etmişlər
ki, konfransın keçirilməsi Azərbaycanın
vətəndaş cəmiyyətinin inkişaf
istiqamətində götürdüyü
öhdəliklərin yerinə yetirilməsinin göstəricisidir.
Bildirilmişdir ki, Azərbaycanda
QHT-lər və vətəndaş cəmiyyəti təşkilatları
hökumət tərəfindən konstruktiv
şəkildə müxtəlif sosial-siyasi
problemlərin həllinə cəlb edilirlər.
Qeyd edilmişdir
ki, şuranın yaradılması Azərbaycanda
vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin
maliyyələşdirilməsi, fəaliyyətlərinin
genişləndirilməsi və əlaqələndirilməsi
baxımından yüksək qiymətləndirilməlidir. Belə
ki, hökumətin dəstəyi QHT-lərin
xarici donorlardan
asılılığını azaltmaqla
yanaşı, onların davamlılığını
artırır.
Çıxışlarda
həmçinin vətəndaş cəmiyyətinin
inkişafı istiqamətində bir
sıra təkliflər səsləndirilmişdir.
Sonra
beynəlxalq konfrans öz
işini "Vətəndaş cəmiyyətinin
inkişafında QHT-hökumət əməkdaşlığı",
"İqtisadi və sosial
sahələrdə ehtiyac duyulan
xidmətlərin göstərilməsinə QHT-nin
dövlət tərəfindən cəlb olunması" və
"Vətəndaş cəmiyyətinin inkişafı naminə
beynəlxalq
tərəfdaşlıq" mövzularında sessiyalarda davam etdirmişdir.
Konfrans öz işini noyabrın 26-da
yekunlaşdıracaqdır.
Azərbaycan.- 2010.-26 noyabr.-S.8.