Milan Roçe: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma prinsipləri əsasında həll olunacağına inanıram"

 

Azərbaycan iqtisadi, siyasi cəhətdən sabit, demokratik şəraitdə yaşayır inkişaf edir. Mən Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma prinsipləri əsasında həll olunacağına inanıram.

Bu sözləri Azərbaycanda səfərdə olan Monteneqronun xarici işlər naziri Milan Roçe jurnalistlərə müsahibəsində demişdir.

Monteneqronun xarici siyasət idarəsinin rəhbəri bildirmişdir ki, Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin inkişafı, diplomatik xidmətdə viza rejiminin ləğvi, beynəlxalq əməkdaşlıq digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqdır.

Nazir görüşlərin sonunda bəzi ikitərəfli sənədlərin imzalanacağını da istisna etməmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 noyabr.- S. 1.