Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiya iclası olmuşdur

 

Noyabrın 25-də Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiya iclası olmuşdur.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, iclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə və hərbi hissə komandirləri, qərargah rəisləri, hərbi təhsil və hərbi tibb müəssisələrinin rəisləri iştirak etmişlər.

Kollegiya iclasında müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Silahlı Qüvvələrin 2009-cu ildə hazırlığının yekunları və növbəti 2010-cu tədris ilində vəzifələri haqqında geniş məruzəsi dinlənilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 noyabr.-S.9.