Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Belarusda səfərdə olmuşdur

 

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda rəsmi səfərdə olmuşdur.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti Belarusun fövqəladə hallar naziri Ənvər Barievlə görüşmüşdür.

Görüşdə iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində atılacaq addımlar barəsində geniş fikir mübadiləsi aparılmışdır.

Sonra Belarusun yeni yanğınsöndürmə texnologiyaları xilasedicilərin təchizatı ilə tanış olan Azərbaycan nümayəndə heyətinə neft rezervuarlarında yanğınların söndürülməsi üçün tətbiq olunan yanğınsöndürmə vasitələri barədə məlumat verilmişdir.

Səfər çərçivəsində Kəmaləddin Heydərov Minskdə Belarus FHN-in Mühəndis-Komandirlər İnstitutunda təhsil alan azərbaycanlı müdavimlərlə görüşmüşdür. Səfərin yekunu olaraq Azərbaycan Belarus fövqəladə hallar nazirlikləri arasında 2006-cı il oktyabrın 17-də Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında sazişin həyata keçirilməsi üzrə 2011-2013-cü illər üçün kompleks tədbirlər planı imzalanmışdır.

 

 

Azərbaycan.- 2010.- 27 noyabr.- S. 4.