Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin
inkişaf perspektivləri müzakirə olunmuşdur
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, noyabrın 26-da nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan ilə Aİ arasında əməkdaşlığın intensivləşdiyini qeyd edən tərəflər "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyətini vurğulamışlar.
Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələsinə, xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov problemin həllinə dair danışıqlar prosesi barədə qonağa məlumat vermişdir.
P.Semnebi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümidvar olduğunu demişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər də
müzakirə olunmuşdur.
Azərbaycan.- 2010.- 27 noyabr.- S. 4.