Azərbaycan ilə Monteneqro arasında iki mühüm sənəd imzalanmışdır
AzərTAc xəbər verir ki, noyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə
olan Monteneqronun xarici işlər naziri Milan Roçenin
başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşmüşdür.
Görüşdə Azərbaycan
ilə Monteneqro arasında bir sıra sahələrdə,
o cümlədən iqtisadi və turizm sahələrində
əməkdaşlıq üçün
geniş imkanların mövcud olduğu qeyd edilmişdir.
E.Məmmədyarov iqtisadi və turizm sahələri ilə yanaşı, mədəniyyət,
təhsil sahələrində
də ölkələrimiz
arasında münasibətlərin
inkişaf etdirilməsinin,
təcrübə mübadiləsinin
aparılmasının vacibliyini
vurğulamışdır.
Nazir Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həllinə
dair danışıqlar
prosesi barədə qonağa məlumat vermişdir.
Ölkəmizdə sürətli
inkişafın şahidi
olduğunu qeyd edən M.Roçe Monteneqro ilə Azərbaycanın uğurlu
əməkdaşlığına inandığını bildirmişdir.
Monteneqrolu nazir ölkələrimiz arasında
görüşlərin və
əlaqələrin davam
etdirilməsinin tərəfdarı
olduğunu vurğulamışdır.
Həmçinin M.Roçe
azərbaycanlı həmkarını
Monteneqroya səfərə
dəvət etmişdir.
Dəvət məmnuniyyətlə
qəbul olunmuşdur.
Nazirlər ölkələrimiz
arasında əlaqələrin
və əməkdaşlıq
sahələrinin artırılması
üçün hüquq
müqavilə bazasının
genişləndirilməsi barədə
razılaşmışlar.
Sonda Azərbaycanın və Monteneqronun xarici işlər nazirləri "Azərbaycan Respublikası
hökuməti və Monteneqro hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün
vizaların ləğv
edilməsi haqqında
Saziş"i və "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Monteneqronun Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında
Protokol"u imzalamışlar.
Azərbaycan.- 2010.- 27 noyabr.- S. 4.