Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransa Milli Araşdırmalar Mərkəzi arasında müqavilə bağlanmışdır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti
Mahmud Kərimov Fransaya səfəri çərçivəsində noyabrın 24-də Parisdə
YUNESKO-nun mənzil-qərargahında
bu qurum ilə AMEA arasında Azərbaycanda elmin inkişafı sahəsində
həyata keçirilən
islahatlara Yaponiya hökumətinin yardımı
ilə bağlı müqavilə imzalamışdır. Səfər
çərçivəsində daha bir müqavilə
Fransa Milli Araşdırmalar Mərkəzi
ilə bağlanmışdır.
Akademiyanın prezidenti M.Kərimov
bununla əlaqədar verdiyi müsahibəsində
demişdir: "2007-ci ildə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Fransaya dövlət səfəri
zamanı bir çox sahələrlə
yanaşı, Azərbaycan
Milli Elmlər Akademiyası ilə Fransa Milli Araşdırmalar
Mərkəzi (FMAM) arasında
əməkdaşlığa
dair saziş imzalanmışdır. Həmin
dövrdən etibarən
AMEA ilə FMAM Azərbaycanda
bir sıra layihələri müştərək
şəkildə yerinə
yetirmişlər. Fransaya
bu səfərim zamanı FMAM idarə heyətində qurumun direktoru ilə yeni layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığa
dair müqavilə imzalamışıq. Bu, əsasən ölkəmizdə
mühüm əhəmiyyət
kəsb edən geofizika və arxeoloji sahələri əhatə edir. Müqaviləyə əsasən,
həmin layihələri
Fransa tərəfi maliyyələşdirəcəkdir.
İstər YUNESKO-da, istərsə də Fransa Milli Araşdırmalar Mərkəzində bağlanmış
müqavilələr Azərbaycanda
elmin inkişafı, milli kadrların yetişdirilməsi ilə
bağlı dövlət
proqramının müvəffəqiyyətlə
yerinə yetirilməsində
böyük rol oynayacaqdır".
Əsgər ƏLİYEV
Azərbaycan.- 2010.- 27 noyabr.- S. 4.