"Azərbaycanda
Torpaq Kadastr Sisteminin təkmilləşdirilməsi"
layihəsi ilə bağlı tədbir keçirilmişdir
Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsində Koreya
Respublikasının xarici işlər və ticarət
nazirlikləri ilə birgə həyata keçirilmiş "Azərbaycanda
Torpaq Kadastr Sisteminin təkmilləşdirilməsi"
layihəsinə dair tədbir keçirilmişdir.
Tədbirdə Koreyanın Azərbaycandakı
səfirliyinin nümayəndəsi
Jonq Jonq Min, Koreya Kadastr
Agentliyi direktorunun müavini Quak Jonq Van, Koreya
Beynəlxalq Əməkdaşlıq
Agentliyinin (KOİCA) nümayəndəsi
Kim Yonq U və Koreya Kadastr Agentliyinin əməkdaşı Sonq
Yonq Jun iştirak etmişlər.
DTXK-nın mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, layihə çərçivəsində
görülmüş işlər
barədə qurumun sədri akademik Qərib Məmmədov məlumat vermişdir. O demişdir ki,
nəzərdə tutulan
vaxtdan 1 ay əvvəl başa çatan layihədə Azərbaycanda şəhər
kadastrı nümunəsində
torpaq kadastrı sisteminin təkmilləşdirilməsi
məqsədi ilə komitənin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
ilə Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində
1000 ha (10 kv.km) sahədə birgə pilot şəhər kadastrı layihəsinin həyata keçirilməsi
və müasir kadastrın yaradılması,
habelə torpaq kadastrı üçün
münasib metodologiyanın
öyrənilməsi və
tətbiqi, işçilərin
bilik potensialının
gücləndirilməsinin dəstəklənməsi
nəzərdə
tutulmuşdur. Layihə
Koreyanın Beynəlxalq
Əməkdaşlıq Agentliyi
(KOİCA) tərəfindən ayrılmış 1 milyon
500 min ABŞ dolları
məbləğində qrant
hesabına həyata keçirilmişdir. DTXK-nın Dövlət
Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
Koreyanın Kadastr Korporasiyası Təşkilatının
əməkdaşları ilə
birgə Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində
seçilmiş 1000 ha
pilot sahədə torpaq kadastr işlərini uğurla həyata keçirmişlər.
Layihənin icrası ilə bağlı artıq müsbət nəticələr əldə
olunmuşdur. Belə ki,
layihə çərçivəsində
DTXK Aparatının və
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin 20 nəfər
mütəxəssisi ötən
ilin noyabrında Koreya Respublikasına ezam olunmuş, təcrübə mübadilələri
apararaq torpaq kadastr işləri ilə yaxından tanış olmuşlar.
Layihə çərçivəsində
müasir geodeziya ölçmə, çap
avadanlığı alınmışdır.
Pilot sahədə bu avadanlıq vasitəsilə torpaq kadastr işləri üçün mərzçəkmə
işləri yerinə
yetirilmiş və çölölçmə məlumatları
dərhal rəqəmli
kadastr xəritələrinə
inteqrasiya olunmuşdur.
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzində dörd
terabayt həcmində
müasir server qurulmuşdur. Komitə sədri vurğulamışdır
ki, torpaq kadastr sisteminin daha da təkmilləşdirilməsi
məqsədilə layihənin
Xəzər rayonunun bütün ərazisində
keçirilməsi üçün
Koreya tərəfi ilə danışıqlar
aparılmış və
bu barədə ilkin razılıq əldə olunmuşdur.
Qonaqlar bu cür
layihələrin gələcəkdə
də davam etdiriləcəyinə ümid
bəslədiklərini bildirmişlər.
Azərbaycan.- 2010.- 27 noyabr.- S. 4.