ADU-da keçirilən beynəlxalq elmi konfransa yekun vurulmuşdur

 

Azərbaycan Dillər Universitetində (ADU) keçirilən "Mədəniyyətlərarası dialoq: linqvistik, pedaqoji ədəbi aspektlər" mövzusunda beynəlxalq elmi konfransa noyabrın 26-da yekun vurulmuşdur.

AzərTAc xəbər verir ki, ABŞ, İtaliya, Fransa, Almaniya, Koreya Respublikası, Türkiyə, Bolqarıstan, Gürcüstan digər ölkələri təmsil edən alimlərin iştirak etdiyi konfrans iki gün davam etmişdir. Dörd bölmədə aparılmış iclaslarda ümumilikdə 250-dən çox məruzə dinlənilmişdir.

Konfransın son günündə "Mədəniyyətlərarası dialoq xalqlar insanlar arasında qarşılıqlı anlaşma vasitəsi kimi", "Dil mədəniyyətlərarası ünsiyyətin əsas amili kimi", "Ədəbiyyat müasir kulturoloji paradiqmalar kontekstində", "Mədəniyyətlərarası dialoqun dil öyrənməkdə rolu" bölmələri rəhbərlərinin hesabat məruzələri dinlənilmiş müzakirələr ətrafında fikir mübadiləsi aparılmışdır. Konfrans iştirakçıları səfər çərçivəsində paytaxtımızla yaxından tanış olmaq imkanı da qazanmışlar.

 

 

Azərbaycan.- 2010.- 27 noyabr.- S. 4.