"Oracle Exadata Business" forumu keçirilmişdir
Noyabrın 26-da "Avropa" hotelində Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin dəstəyi
və SayberNet, FORS
Europe və Oracle şirkətlərinin
təşkilatçılığı ilə "Oracle Exadata
Business" forumu keçirilmişdir.
Dövlət müəssisələri və
kommersiya şirkətlərinin
nümayəndələri üçün
təşkil olunan tədbir inteqrallaşdırılmış
vahid soft+hardware Oracle Exadata Machine V2 həllinə
həsr olunmuşdur.
Tədbirdə rabitə
və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, SayberNet şirkətinin direktoru İlham Namazov, FORS və Oracle şirkətlərinin
rəhbərləri və
mütəxəssisləri çıxış edərək
dünyanın ən böyük məlumat bazası idarəetmə sistemi olan Oracle şirkəti və onun Azərbaycan müəssisələri üçün
vacib olan üstün cəhətləri
haqqında məlumat vermişlər. Bildirilmişdir ki, bu sistemin köməyi ilə məlumatların emal edilməsi sürəti 10 dəfədən
70 dəfəyə qədər
artmışdır.
Forumda Azərbaycanda
dövlət müəssisələrinin
və şirkətlərinin
idarə olunmasının
effektivliyinin Oracle Exadata
vasitəsilə artırılması,
gündəlik idarəçilik
və informasiya məsələlərin "qaynar"
rejimdə həll olunması barədə danışılmışdır. Tədbirdə Oracle Exadata
həlli üzərində
qurulan "Smart Scans", "Hybrid
Columnar Compression (HCC)", "Smart Flash Cache", "Automatic
Storage Management (ASM)", "Storage Indexes" və
"In-Memory Parallelism" və s. yeni texnologiyalar təqdim olunmuşdur.
Forumda dövlət müəssisələrinin
və şirkətlərin
rəhbərləri, informasiya
texnologiyaları üzrə
mütəxəssislər, analitiklər iştirak etmişlər.
Azərbaycan.- 2010.- 27 noyabr.- S. 5.