Ermənistana növbəti diplomatik
zərbə
Bu təcavüzkar dövlət
yenə də NATO-nun zirvə toplantısında
fiaskoya uğradı
Dövlət müstəqilliyinə qovuşduqdan
sonra çoxqütblü
inkişaf modelləri
sırasından Qərb
dəyərlərini seçən
Azərbaycan bir sıra aparıcı beynəlxalq təşkilatlarla
yanaşı, NATO ilə
əməkdaşlığa da xüsusi önəm vermişdir. 1994-cü ildən
təşkilatın "Sülh
naminə tərəfdaşlıq"
proqramında yaxından
iştirak edən Azərbaycan bunun sayəsində NATO hərbi
strukturları ilə əməkdaşlıq etmək,
birgə təlimlər
keçirmək, hərbi
kadrların hazırlanmasında
blokun təcrübəsindən
bəhrələnmək və
digər imkanlar qazanmışdır.
Bu əməkdaşlıq strateji
məzmun kəsb etməklə regionun mühüm enerji layihələrinin təhlükəsiz
gerçəkləşdirilməsinə də əsaslı təminat yaratmışdır. Antiterror koalisiyasının
üzvü olan Azərbaycanın ordu birləşmələri NATO qoşunlarının
tərkibində Kosovoda,
Əfqanıstanda və
İraqda həyata keçirilən sülhyaratma
missiyasında yaxından
iştirak etmişlər.
Bu o deməkdir ki, təşkilat münaqişə ocaqlarının
söndürülməsində, mübahisələrin çözülməsində,
bir sözlə, qlobal planda sülh
və sabitliyin təminatında Azərbaycanın
potensialını yüksək
qiymətləndirir.
Xarici siyasətdə
Avratlantik məkana inteqrasiya kursunu əsas götürən Azərbaycanın NATO ilə
uğurlu əməkdaşlığı
hərbi quruculuq məsələlərində də
az əhəmiyyət
daşımır. Azərbaycan ordusunda
həyata keçirilən
islahatlarda, hərbi hissələrin komplektləşdirilməsində
NATO standartları əsas
götürülür. Ölkəmizə səfər edən
NATO rəsmiləri də
keçirdikləri görüşlərdə
Azərbaycan ordusunda aparılan islahatlardan razılıqlarını dəfələrlə
bəyan ediblər.
Bu, həm də
Azərbaycan-NATO əməkdaşlığının
perspektivləri barədə
daha nikbin düşünməyə əsas
verir.
Ulu öndər Heydər Əliyev tərəfindən
Azərbaycan ordusunda ötən əsrin
90-cı illərinin ortalarından
həyata keçirilən
islahatların əsas
hədəflərindən biri
hərbi təhsilin səviyyəsinin yüksəldilməsi
idi. Təqdirəlayiq haldır ki,
NATO ilə əməkdaşlığa
böyük önəm
verən, həyata keçirilən islahatlarda
bu təşkilatın
standartlarını tətbiq
edən Azərbaycanın
hərbi təhsil müəssisələri də
Şimali Atlantika Alyansının fəaliyyət
meyarlarını əsas
götürür. Azərbaycan Silahlı
Qüvvələrinin təhsil
sistemi NATO standartlarına
uyğun təkmilləşir.
Xüsusən NATO üzvü
olan dost və qardaş Türkiyə hərbi təhsil məsələlərində Azərbaycana
öz köməyini əsirgəmir. Azərbaycan
ordusunun zabitləri ölkəmizin NATO ilə
əlaqələri çərçivəsində
təşkilatın üzvü
olan ölkələrin
hərbi məktəblərində
təhsil alır,
NATO-nun təşkilatçılığı ilə ixtisasartırma kurslarında, hərbi təlimlərdə iştirak
edirlər. Ordumuzun qüdrətlənməsi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli məsələsində
ölkəmizə mühüm
üstünlüklər verir
və bu, gec-tez Azərbaycanın qələbəsini təmin
edəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin hələ
2004-cü ilin mayında
Brüsselə səfəri
zamanı NATO-nun Baş
mənzil-qərargahında keçirdiyi müxtəlif
səviyyəli görüşlər
ikitərəfli münasibətlərin
daha aktiv fazaya keçməsini təmin etmişdir. Səfər
zamanı dövlət
başçısının Azərbaycan adından "Fərdi əməkdaşlıq
üzrə Əməliyyat
Planı"nı NATO
rəhbərliyinə təqdim
etməsi böyük
rezonans doğuran siyasi hadisə kimi dəyərləndirilmişdir.
Buna adekvat olaraq
NATO rəhbərliyinin də
Azərbaycana diqqəti
artırmaq, ölkəmizə
hərbi-texniki yardımları
genişləndirmək istəyi
qabarıq görünməkdədir.
Azərbaycanın beynəlxalq əməkdaşlığında
NATO-nun yeri və rolu getdikcə güclənir və bu, ikitərəfli əməkdaşlığın yüksələn xətlə
inkişafında da öz təsdiqini tapır. Bu əməkdaşlıq
qlobal planda sülh və sabitliyə xidmət etməklə regionun nəhəng enerji layihələrinin təhlükəsiz
gerçəkləşdirilməsinə əsaslı təminat yaratmışdır. Xəzərin enerji resurslarının dinc şəraitdə mənimsənilməsi, habelə
Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin təhlükəsizliyinin
təmin edilməsi baxımından Azərbaycan-NATO
əməkdaşlığının mühüm əhəmiyyəti
var. Azərbaycan ordusunun
NATO standartlarına uyğunlaşdırılması
istiqamətində atılan
addımlar sistemli xarakter daşımaqla bu gün də
davam etdirilir.
NATO özünün təfərdaş
ölkəsi kimi Azərbaycanın ərazi
bütövlüyünün bərpasında, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin mümkün
qədər tez həllində maraqlıdır. Azərbaycanın ərazi bütövlüyü,
suverenliyi məsələsi
NATO-nun 2006-cı, 2008-ci illərdə keçirilən zirvə toplantılarında ifadə
olunmuşdur. Ölkəmizin
ərazi bütövlüyü
məsələsi NATO-nun ötən
il keçirilən
zirvə sammitinin yekun bəyanatının
58-ci maddəsində də
öz əksini tapmışdır.
Xatırladaq ki, noyabrın 20-də Portuqaliyanın paytaxtı
Lissabon şəhərində
NATO-nun zirvə toplantısı
və bu çərçivədə Beynəlxalq
Təhlükəsizliyə Yardım Qüvvələrinə
(İSAF) töhfə verən
ölkələrin dövlət
və hökumət başçılarının iclası
keçirilmişdir. Azərbaycan Prezidenti
İlham Əliyev iclasda çıxış
edərək Azərbaycanın
Şimali Atlantika Alyansı ilə əməkdaşlığının inkişaf etdiyini bildirmişdi. Ölkəmizin NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramında
və Fərdi əməkdaşlıq üzrə
Əməliyyat Planında
da fəal iştirak etdiyini qeyd etmişdir.
NATO-nun zirvə toplantısı və bu çərçivədə
Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələrinə
töhfə verən dövlət və hökumət başçılarının
iclasının nəticələri
Ermənistan üçün
ağır olmuşdur. Belə
ki, dünyanın çox nüfuzlu hərbi-siyasi təşkilatı
olan
NATO ölkəmizin ərazi bütövlüyünü birmənalı
şəkildə dəstəkləmişdir. Xatırladaq ki,
NATO əvvəllər də
qəbul etdiyi sənədlərdə eyni
mövqe nümayiş
etdirmişdi. Ermənistan tərəfi
bir müddət əvvəl Strasburq-Kehl sammitində təşkilata
üzv ölkələrin
Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləməməsi üçün
uğursuz cəhdlər
etmişdi. Cari ilin
mayında Ermənistan
prezidenti Serj Sarkisyan Brüsselə -
NATO-nun qərargahına səfəri
zamanı bu məsələ diqqət
mərkəzində olmuşdur.
Ermənistan prezidenti təşkilatın
Baş katibi Anders Foq Rasmussenlə birgə keçirdiyi mətbuat konfransında
NATO-nun Azərbaycanın ərazi
bütövlüyünə dəstək verməməsini
istəmişdi. İşğalçı Ermənistan tərəfinin
bütün cəhdlərinin
əbəs olduğu
NATO-nun son zirvə toplantısında
bir daha təsdiqləndi. Təşkilatın yekun bəyannaməsində
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyi növbəti
dəfə dəstəkləndi.
Bəyanatda ərazi bütövlüyü
məsələsi ilə
bağlı qeyd olunur ki, Şimal
Alyansı Gürcüstanın,
Azərbaycanın və
Moldovanın ərazi bütövlüyünü, müstəqilliyini
və suverenliyini bir daha tanıdığını
vurğulayaraq hər bir münaqişənin prinsipini nəzərə almaqla bu regional
münaqişələrin sülh
yolu ilə həlli istiqamətində
səyləri dəstəkləyəcəyini
bəyan edir. Bu bəyanatda Azərbaycanın da ərazi bütövlüyü
tanındığı üçün
Ermənistan, ümumiyyətlə,
sənədin belə
bir şəkildə tərtib edilməsini istəməyib. Lakin bəyanatın mətni əvvəlcədən üzv
ölkələrlə razılaşdırılıb
və Ermənistanın
bu istəyi nəzərə alınmayıb.
NATO-nun zirvə toplantısında qəbul
olunan yekun bəyanatda Azərbaycanın
ərazi bütövlüyünün,
suverenliyinin bir daha ifadə olunması haqq işimizin nüfuzlu beynəlxalq qurumlar tərəfindən müdafiə
edildiyini növbəti
dəfə sübuta yetirdi.
Elnur HACIALIYEV
Azərbaycan.- 2010.- 27 noyabr.- S. 7.