Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi
Milli Məclisə seçkilərin nəticələrini
təsdiq etmişdir
AzərTAc xəbər verir ki, noyabrın 29-da Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilmişdir.
İclasda 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair yekun qərar qəbul edilmişdir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev plenumun qərarını elan etmişdir. Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etmişdir. (Qərar qəzetin bugünkü nömrəsində dərc olunur).
Azərbaycan.- 2010.- 30 noyabr.-
S.1.