Əsrimizin görkəmli dövlət xadimi

 

Rumıniyada "İlin adamı" elan edilən Prezident İlham Əliyevin xidmətləri dünya miqyasında yüksək qiymətləndirilir

 

Dinamik sosial-iqtisadi inkişafa malik olanbu sahədə uğurlu bir modelin əsasını qoyan Azərbaycan beynəlxalq miqyasda digər sferalar üzrə də qazandığı uğurlar baxımından nümunəvi dövlət olaraq qəbul edilir. İnsanların maddi rifah halının sürətlə yüksəlməsi, sarsılmaz daxili sabitlik, iqtidarla xalq arasında möhkəm birlik, yüksək tolerantlıq mühiti, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə artan rol, yüksək inkişaf tempini təmin edən islahatlar müasir Azərbaycanın xarakterik cizgiləri kimi çıxış edir. Bununla yanaşı, həm lideri olduğu mövcud regionda, həm də bütün dünyada sülhün bərqərar olması istiqamətində ən fəal siyasət yürüdən dövlətlərdən biri kimi məhz Azərbaycan tanınır. Elə bu səbəbdən Azərbaycanı fərqləndirən daha bir xüsusiyyət ölkəmizin daim humanizm prinsiplərinə sadiq qalması və dünyada sülhpərvər dövlət imici qazanmasıdır.

Bunlar bir daha Azərbaycan dövlətinin, onun rəhbəri Prezident İlham Əliyevin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin nə qədər uğurlu olduğunu, praqmatizm üzərində qurulduğunu, ümumi inkişafa böyük töhfələr verdiyini əyani surətdə təsdiq edir. Bu mənada, Prezident İlham Əliyevin Buxarestdə Cənub-Şərqi Avropanın, eləcə də Rumıniyanın nüfuzlu \"Balcanii şi Europa\" (\"BalkanlarAvropa\") jurnalı tərəfindən 2010-cu ildə ictimai-siyasi həyatın müxtəlif sahələrində mühüm xidmətlərinə görə \"İlin adamı-2010\" mükafatına layiq görülməsi tamamilə təbiidir.

2000-ci ildən etibarən mütəmadi olaraq hər il keçirilən bu təqdimat mərasimlərində siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları, mədəniyyət üzrə nominasiyalarda əlahiddə xidmətləri olan şəxslər mükafatlandırılır. İndiyədək jurnalın müxtəlif nominasiyaları üzrə Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, ictimai-siyasi xadimləri mükafata layiq görülüblər.

Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrindən, müstəqil ekspertlərdən ibarət münsiflər heyəti cari ilin yekunlarına görə əsas nominasiya olan "İlin adamı-2010" mükafatının Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul edib. Münsiflər heyəti bu addımını Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlara, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər və Qara dəniz bölgələrinin tərəqqisinə göstərdiyi xüsusi diqqətlə əsaslandırıb və regionun, eyni zamanda, Qərbi Avropanın enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektoru) layihəsinin buna bariz nümunə olduğunu xüsusi qeyd ediblər.

Münsiflər heyətinin qeyd etdiyi kimi, siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə böyük uğurlar əldə edən Prezident İlham Əliyev Azərbaycan və Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsində misilsiz xidmətlər göstərib. Bu mənada, Rumıniyada, ölkənin ictimai-siyasi dairələrində Azərbaycan Prezidenti kifayət qədər yaxşı tanınır. Müxtəlif vaxtlarda Prezident İlham Əliyevin Rumıniyaya rəsmi səfərləri, keçirdiyi görüşlər, imzaladığı sənədlər də bu xüsusda mühüm rol oynayıb. Xatırladaq ki, dövlət başçısı kimi Prezident İlham Əliyevin Rumıniyaya ilk rəsmi səfəri 2004-cü ilin 11-12 oktyabr tarixlərində baş tutub. Həmin vaxt keçirilən görüşlərlə, imzalanan sənədlərlə yanaşı, Buxarestin 8 May parkında ümummilli lider Heydər Əliyevin büstünün təntənəli açılış mərasimi də keçirilib. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. Azərbaycan xalqının humanistliyinə isə Rumıniya ictimaiyyəti 2005-ci ildə üzləşdiyi təbii fəlakət zamanı bir daha əmin oldu. Həmin vaxt Rumıniyanın daşqından zərər çəkmiş Qalats bölgəsinin İveşt qəsəbəsinə Azərbaycan hökuməti zəruri yardım ləvazimatları, ərzaq məhsulları və tibb məmulatları ilə yardım göstərdi. 2006-cı ilin iyul ayında isə Prezident İlham Əliyevin Rumıniyaya işgüzar səfəri baş tutub.

2007-ci il sentyabrın 24-25-də Prezident İlham Əliyev Rumıniyaya növbəti dəfə işgüzar səfər etdi. Səfər çərçivəsində dövlət başçısı Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin və Tey Parkı-Heydər Əliyev xiyabanının açılış mərasimlərində iştirak etdi. Bundan sonra Azərbaycanın dövlət başçısı 2008-ci ilin aprelində Rumıniyada işgüzar, 2009-cu ilin sentyabr ayında isə rəsmi səfərdə olub. Bütün bu səfərlər Azərbaycan və Rumıniya münasibətlərinin daha sürətli inkişafına, eləcə də hər iki ölkənin xalqlarının bir-biri ilə daha çox yaxınlaşmasına mühüm töhfələr verib. Prezident İlham Əliyev \"İlin adamı-2010\" mükafatına layiq görülərkən onun Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın, Xəzər və Qara dəniz bölgələrinin tərəqqisinə göstərdiyi diqqət də münsiflər heyətinin nəzərlərini xüsusi olaraq cəlb edib.

Göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti bundan əvvəl də dəfələrlə ilin adamı seçilib. Məsələn, Türkiyədə nəşr olunanAvrasiya regionunda geniş yayılan nüfuzlu \"Ekovitrin\" jurnalı, 2005-ci ilin nəticələrinə görə, Avrasiya ölkələrində keçirdiyi sorğu əsasında Prezident İlham Əliyevi \"Avrasiyada ilin siyasət adamı - Prezidenti\" elan edib. Azərbaycan Prezidenti bu mükafata bir sıra sahələrdə səmərəli fəaliyyətinə və qazandığı uğurlara görə layiq görülüb. Respondentlərin fikrinə və tanınmış analitik-sorğu mərkəzlərinin rəyinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2005-ci ildə dünyada ən dinamik inkişaf edən ölkə olub.

2006-cı ilin noyabrında isə Ukrayna \"İlin adamı\" Ümummilli Proqramının Ali Akademik Şurası beynəlxalq və xüsusi mükafatların sahiblərinin adlarını elan edərkən ictimai-siyasi fəaliyyət sahəsində beynəlxalq mükafatın laureatı məhz Prezident İlham Əliyev olmuşdur. Həmin vaxt Prezident İlham Əliyevin dünyaAvropa siyasətinin inkişafına verdiyi sanballı töhfələr, Ukrayna-Azərbaycan dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsində böyük xidmətləri də münsiflər tərəfindən kifayət qədər yüksək qiymətləndirilmişdi. Ukrayna tərəfi xüsusi vurğulamışdı ki, müstəqil Ukrayna və Azərbaycan dövlətləri arasında ənənəvi, qırılmaz əlaqələri möhkəmləndirən Prezident İlham Əliyev öz ölkəsinin daxilixarici siyasətində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurları layiqincə davam etdirir.

Məlumdur ki, Azərbaycan Yer üzündə ümumi sülhün bərqərar olmasında aparıcı rol oynayan dövlətlər sırasında yer alır, bu istiqamətdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya miqyasında xüsusi təqdir olunur. Elə bunun nəticəsidir ki, ötən il Prezident İlham Əliyev Kanadanın türkdilli diasporlarının Torontoda baş tutan forumunda \"İlin adamı\" seçildi. Sözügedən forumda Kanadanın türkdilli diasporları ilə yanaşı, Gürcüstan, Latviya, LitvaEstoniya diasporlarının nümayəndələri, habelə Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbəri də iştirak edib. Forumda Azərbaycan Prezidenti İlham Əliyev Yer üzündə ümumi sülhün bərqərar olması işinə böyük töhfə verən XXI əsrin görkəmli siyasi xadimi kimi yekdilliklə \"İlin adamı\" seçilib.

Həmin vaxt forum iştirakçılarının Prezident İlham Əliyevə ünvanlanmış müraciətində onun çoxmilyonlu türk dünyasında şəksiz lider olması, bütün planetdə sülhü bərqərar etmək, Cənubi Qafqaz regionundaonun hüdudlarından kənarda siyasi vəziyyəti sabitləşdirmək səyləri xüsusi vurğulanırdı. Müraciətdə daha sonra deyilirdi: \"Siz Azərbaycanın qarşısında duran ən ümdə problemləri həll etmək, müasir dövrün aktual geosiyasi məsələləri müzakirə edilərkən müsbət nəticələr əldə edilməsinə kömək göstərmək, siyasi, iqtisadi və mədəni baxımdan optimal həll variantlarını operativ tapmaq bacarığınız sayəsində zəmanəmizin görkəmli dövlət və siyasi xadimləri sırasına çıxmısınız...\"

Bununla yanaşı, Azərbaycanın dövlət başçısı Rusiyada təsis edilmiş \"İlin adamı - 2009\" qran-pri mükafatına da layiq görülüb. Xatırladaq ki, bu mükafat il ərzində öz ölkələrinin ictimai, siyasi və dövlət mənafelərinə xidmət işində ən parlaq nəticələr göstərənlərə təqdim edilir. Mükafatın təsisçiləri bildirirlər ki, \"İlin adamı\" öz ölkəsinin inkişafının mühüm meyillərini təcəssüm etdirən, onun gələcəyini formalaşdıran insandır. İctimai-siyasibiznes sahələrində, habelə xüsusi nominasiyalarda təqdim edilən \"İlin adamı\" mükafatının ali dərəcəsi qran-pridir. Qran-priyə layiq görülənlər \"Slava oteçestva\" ordeni ilə təltif edilirlər.

Onu da bildirək ki, cənab İlham Əliyev həm də çoxsaylı digər mükafatlara layiq görülüb, dünyanın bir çox nüfuzlu təhsil ocaqlarının fəxri doktorudur. Ümumiyyətlə, Prezident İlham Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir: Heydər Əliyev ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu ordeni (Rumıniya), Kral Əbdüləziz ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf ordeni (Gürcüstan), \"Şərəf Legionunun Böyük Xaçı\" ordeni (Fransa), Şeyxülislam ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav Kilsəsinin \"Prepodobnıy Serqiy Radonejskiy\" birinci dərəcəli ordeni, \"Böyük Kordon\" Şərəf ordeni (Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrinin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının \"Şərəf ordeni\", FİLA-nın Şərəf Zalının ən yüksək \"İdman Əfsanəsi\" ordeni, Polşa Respublikasının \"Xidmətlərə görə\" Böyük Xaç ordeni (Polşa), I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna), \"Mübarək əl-Kəbir\" ordeni (Küveyt Dövləti), Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının \"Şərəf\" nişanı, \"Üç ulduz\" ordeninin \"Böyük xaç kavaleri\" dərəcəsi.

Cənab İlham Əliyev Linkoln Universitetinin fəxri doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin fəxri doktoru, L.N.Qumilyov - Avrasiya Milli Universitetin professoru (Qazaxıstan), Bilkənt Universitetinin Fəxri doktoru (Türkiyə), Vergilər üzrə Milli Akademiyanın fəxri doktoru (Ukrayna), Ploesti NeftQaz Universitetinin fəxri doktoru (Rumıniya), MilliDünya İqtisadiyyatı Universitetinin fəxri professoru (Bolqarıstan), Kyung Hee Universitetinin fəxri doktoru (Cənubi Koreya), İordaniya Universitetinin fəxri doktoru (İordaniya), Korvinus Universitetinin ictimai elmlər üzrə fəxri doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru (Rusiya Federasiyası), Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (Ukrayna), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (Türkmənistan Respublikası), Bakı Dövlət Universitetinin fəxri doktoru (Azərbaycan), Belarus Dövlət Universitetinin fəxri professoru (Belarus Respublikası) adına layiq görülmüşdür.

Bütün bunlar Azərbaycan Prezidentinin dünya miqyasında kifayət qədər yaxşı tanınan ictimai-siyasi xadim olduğunu göstərməklə yanaşı, onun beynəlxalq aləmdə xüsusi bir nüfuza malik olduğunu da aydın nümayiş etdirir.

 

Azərbaycan.- 2010.- 28 noyabr.- S. 1.