Albaniya Respublikasının Prezidenti
zati-aliləri cənab
Bamir Topiyə
Hörmətli cənab Prezident!
Milli bayramınız
- Bayraq günü münasibətilə Sizi və bütün xalqınızı səmimi
qəlbdən təbrik
edirəm.
Əminəm ki, Azərbaycan ilə Albaniya arasında təşəkkül
tapmış münasibətlərin
inkişafı bundan sonra da dostluq
və əməkdaşlıq
məcrasında davam edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Albaniya xalqına əmin-amanlıq
və rifah diləyirəm.
Hörmətlə,
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 noyabr 2010-cu il
Azərbaycan.-
2010.- 28 noyabr. S. 1.