Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Alman Marşal Fondunun prezidenti Kreyq Kennedini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da ABŞ-ın Alman Marşal Fondunun prezidenti Kreyq Kennedini qəbul etmişdir.
ABŞ-ın Alman Marşal Fondunun prezidenti Kreyq Kennedi son illər Bakıda həyata keçirilən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını bildirdi və bütün bu prosesləri Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadə olunmasının nümunəsi kimi dəyərləndirdi.
Dövlətimizin başçısı böyük inkişafın təkcə Bakıda deyil, regionlarda da getdiyini vurğuladı və səfərin bu proseslərlə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını qeyd etdi.
Görüşdə Azərbaycan ilə ABŞ-ın Alman Marşal Fondu arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2010.- 30 noyabr.-
S.1.