Mavritaniya İslam Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd uld Əbdüləzizə

 

Hörmətli cənab Prezident!

Mavritaniyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı sahəsində qarşılıqlı səylərimiz daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 noyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 28 noyabr.- S. 1.