İntellektual imkanları məhdud olan uşaqların sağlamlığının qorunmasına dair tarixi bəyannamə imzalanmışdır

 

Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional bölməsinin üzvü olan 53 ölkədə səhiyyə sahəsində siyasəti müəyyənləşdirən qurumlar intellektual imkanları məhdud olan uşaq və yeniyetmələrin yüksək keyfiyyətli səhiyyə xidmətlərindən istifadə imkanlarını artırmaq yolu ilə onların həyat şəraitini yaxşılaşdırmaq məqsədinə sadiq qaldıqlarını bildirmişlər. DST-nin Avropa regional bölməsinin üzvü olan ölkələrin Buxarestdə keçirilmiş \"Sağlamlığı yaxşılaşdırmaq, həyat keyfiyyətini artırmaq: intellektual imkanları məhdud olan uşaq və yeniyetmələr və onların ailələri\" mövzusunda konfransda müvafiq bəyannamə imzalanmışdır.

Son illərdə intellektual imkanları məhdud olan uşaqların sağlam yaşamasına nail olmaq üçün onlara kömək məqsədilə göstərilən səylərə baxmayaraq, bu sahədə hələ də xeyli problem və çətinliklər vardır. Regionda təqribən 5 milyon uşaq və yeniyetmə intellektual pozuntulardan əziyyət çəkir. Əksəriyyəti yoxsul ölkələrdə yaşayan 300.000-dən çox bu cür uşaq xüsusi müəssisələrdə yaşayır. Onlar çox vaxt ömürlərinin sonuna qədər həmin müəssisələrdə qalırlar. Əgər təcili tədbirlər görülməsə, qarşıdakı 10 ildə bu göstərici orta hesabla ildə 1 faiz artacaqdır.

Bəyannamədə etiraf edilir ki, bu uşaqların sağlamlıqla əlaqədar ehtiyaclarının çox olmasına baxmayaraq, onlar öz sağlamlıqlarının qorunması və möhkəmlənməsi, onlara qulluq göstərilməsi üzrə səmərəli xidmətlərdən istifadə etmək yolunda ciddi əngəllərlə qarşılaşırlar. Bu uşaqlar müvafiq xidmətlərdən istifadə etdikdə belə, çox vaxt onların ehtiyacları nəzərdən qaçırılır və ya buna əhəmiyyət verilmir. Bəyannamədə bu uşaqların öz həyat potensialının tam reallaşdırmasına imkan verə biləcək konkret tədbirlər nəzərdə tutulmuşdur.

Yoxsulluq şəraitində yaşayan insanlar arasında əlillik halları hədsiz yüksəkdir. Zəif üzvləri, o cümlədən əlil uşaqları olan ailələr əksər hallarda xroniki yoxsulluq məngənəsində çapalayırlar. Məhz bu səbəbdən yoxsulluqsosial qeyri-bərabərlik ilə bağlı problemlərin həllinə bəyannamədə xüsusi diqqət yetirilir.

Milli qanunvericiliklər strategiyalar daha da inkişaf etdirilməlidir. DST-nin Avropa regionunun üzvü olan dövlətlərin yalnız az bir qisminin həyata keçirdiyi siyasət intellektual imkanları məhdud olan uşaq yeniyetmələrin ehtiyaclarının təmin edilməsinə yönəlmişdir.

Bəyannamə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF), Avropa Komissiyası, intellektual imkanları məhdud olan uşaq yeniyetmələrin onların ailələrinin, sosial təhsil xidmətlərinin provayderlərinin, eləcə qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən dəstəklənmişdir.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 noyabr.- S. 4.