Ağdamda təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsi ilə bağlı seminar-müşavirə keçirilmişdir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin tədbirlər planına uyğun olaraq, Ağdam rayonunun Quzanlı qəsəbəsində Qarabağ Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinə həsr edilmiş seminar-müşavirə keçirilmişdir.
Seminar-müşavirədə regional mərkəzin əhatə etdiyi şəhər və rayonların, o cümlədən Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli və Bərdə rayonlarından təhlükə potensiallı qurğu və avadanlıqları olan 60-dan artıq müəssisənin nümayəndələri, FHN-in aidiyyəti qurumlarının, o cümlədən Qarabağ Regional Mərkəzinin əməkdaşları iştirak etmişlər.
AzərTAc
Azərbaycan.-
2010.- 28 noyabr.- S. 6.