Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və İran
İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın
təkbətək görüşü
Noyabrın 17-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunularaq, İran Prezidentinin Azərbaycana rəsmi səfərinin də ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyi bildirildi.
Prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğuladılar.
AzərTAc
Azərbaycan.- 2010.- 19 noyabr.- S. 1.