Azərbaycan Prezidenti
İlham Əliyev Ukraynanın yanacaq və energetika naziri Yuri Boykonu
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Ukraynanın yanacaq və energetika naziri Yuri Boykonu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 1 oktyabr.- S. 1.