Heydər ƏLİYEV: "Mən Ona özüm qədər inanıram"

 

2003-cü ilin 1 oktyabrında ümummilli liderin layiqli siyasi varisi kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu ötən dövrdə əməli fəaliyyəti ilə təsdiqləmişdir

 

Siyasi fəaliyyətin istənilən məqbul formasının ən son hədəfi reallığa adekvat mütərəqqi ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə həyata keçirilməsidir. Çoxluğun gələcək taleyini, onun mənafeyini özündə ehtiva edən ümummilli siyasətə isə yalnız \dövlətinə və xalqına bağlı şəxsiyyətlərin fəaliyyətində təsadüf olunur. Real siyasət də məhz belə liderlərin davranışlarına, \\bütövlükdə cəmiyyət həyatına təsir göstərən praqmatikrasional qərarlarına istinad edir. Hakimiyyəti xalqa güvənən, onun dəstəyini daim hiss edən ləyaqətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli olur, inanılmaz nəticələrə möhrünü vurur.

Məhz bu inam və etimadın nəticəsi kimi ictimai rəyin diqqəti hansısa siyasi qüvvənin fəaliyyəti üzərində köklənir. Cəmiyyətin maraq və mənafeyinə uyğun siyasət yeritməyən, yaxud seçki platformasının səmərəliliyini inandırıcı sosial-iqtisadi, siyasi dəlillər əsasında sübuta yetirə bilməyən qüvvənin seçkilərdə uğur qazanmasının qeyri-mümkünlüyünü isə xüsusi əsaslandırmağa ehtiyac yoxdur. Son 15 ildə Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində kardinal dəyişikliklərə səbəb olmuş, seçki mübarizəsində populizm elementlərinə, qeyri-real vədlərə hansısa yer saxlamamışdır.

 

Tarixi zərurətə əsaslanan müdrik seçim

 

Azərbaycanın çağdaş siyasi tarixində yeni mərhələnin əsasını qoymuş 2003-cü ilin 15 oktyabr seçkiləri xalqın öz taleyini hər zaman qəlbən inandığı, sınaqdan çıxardığı siyasi qüvvəyə etibar etdiyini bir daha təsdiqləmişdir. Respublikanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsinin əsasını qoymuş bu seçkilər eyni zamanda xalqın strateji seçiminin alternativsizliyini və dəyişməzliyini sübuta yetirmiş, ölkə vətəndaşlarının mütləq əksəriyyəti hakimiyyət sükanında məhz sınanmış komandalideri görmək istəmişdir.

Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursun varisliyinin qorunub saxlanılması zərurəti Azərbaycan cəmiyyətinin sosial sifarişi kimi ortaya çıxmaqla yanaşı, dünyanın bir çox dövlətlərinin geosiyasi maraq dairəsində olmuşdur. Məhz bu baxımdan cənab İlham Əliyevin böyük siyasətə gəlişi hələ 90-cı illərin sonuna yaxın beynəlxalq dairələrdə ciddi müzakirə mövzusuna çevrilmiş, onun xarici siyasətin bütün sahələrində, o cümlədən cəmiyyət həyatı üçün mühüm əhəmiyyətə malik digər sferalarda üzərinə götürdüyü missiyanı uğurla həyata keçirməsi, siyasi proseslərə realist yanaşma tərzi, analitik təfəkkürə əsaslanan çıxışları ölkə hüdudlarından kənarda da böyük maraq doğurmuşdur. Cənab İlham Əliyev ötən əsrin 90-cı illərinin ortalarından etibarən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, daha sonra birinci vitse-prezidenti, eləcə də Milli Olimpiya Komitəsinin prezidenti kimi geniş fəaliyyəti ilə yanaşı, Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri statusunda da milli maraqların təmini sahəsində mühüm işlər görmüşdür. Onun vətənpərvər fəaliyyəti nəticəsində Azərbaycan nümayəndə heyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Avropa Şurasında müzakirəsi zamanı böyük uğurlar əldə etmişdir. Peşəkar diplomat keyfiyyətlərinə malik cənab İlham Əliyev AŞ PA-nın tribunasında bu münaqişəni ümumilikdə Avropanı təhdid edən problem kimi gündəmə gətirmiş, nümayəndə heyətimizin üzvləri azərbaycanlı əsir və girovların qaytarılması, nəzarətsiz zona olan Dağlıq Qarabağda narkotik maddələrin yetişdirilməsi və bundan əldə edilən gəlirlərin terrorçuluq fəaliyyətinə yönəldilməsi, işğal altında olan ərazilərdə tarixi abidələrin dağıdılmasına dair çoxsaylı sənədlər yaymışlar. Azərbaycan nümayəndə heyətinə rəhbərliyi dövründə AŞ PA-nın vitse-prezidenti kimi mühüm posta seçilmiş cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində sözügedən təşkilat Ermənistanı işğalçı dövlət kimi tanımışdır.

2003-cü ilin 4 avqustunda cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin yekdil razılığı ilə Baş nazir vəzifəsinə təyin edilməsi də, əslində, xalqın ona göstərdiyi böyük etimadın bariz təcəssümü olmuşdur. Baş nazir kimi hökumət üzvləri ilə keçirdiyi ilk iclasda cənab İlham Əliyev, ilk növbədə, insan amilini önə çəkərək bildirmişdir ki, vətəndaşa həssas münasibət ölkədə həyata keçirilən siyasətin ən vacib istiqaməti olmalıdır. Cənab İlham Əliyev hökumət başçısı kimi 3 aylıq fəaliyyəti müddətində bu prinsipə sadiq qalmış, yüksək idarəçilik keyfiyyətləri nümayiş etdirmişdir.

2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciət də təkcə ulu öndərin deyil, bütövlükdə Azərbaycan xalqının cənab İlham Əliyevə olan böyük ümidlərinin təcəssümü kimi ortaya çıxmışdır. Ulu öndər bu tarixi müraciəti ilə xalqa onun əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərmişdir: "...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ümumən o dövrdəki proseslər - ölkədə iqtisadi, siyasi, hüquqi islahatların davamlılığı, ardıcıllığı Heydər Əliyev siyasi kursunun dönmədən davam etdirilməsini, hakimiyyət estafetinin bu xətti dəstəkləyən və uğurla başa çatdırmağa qadir olan yeni liderə - cənab İlham Əliyevə ötürülməsini tarixi zərurət kimi diktə etmişdir. Respublikanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsinin əsasını qoymuş 2003-cü ilin 15 oktyabr seçkiləri eyni zamanda xalqın strateji seçiminin alternativsizliyini və dəyişməzliyini sübuta yetirmiş, ölkə vətəndaşlarının mütləq əksəriyyəti hakimiyyət sükanında məhz sınanmış komandalideri görmək istəmişdir.

2003-cü ilin 15 oktyabr seçkilərindən sonrakı beşilliyin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan orta statistik azərbaycanlının "Niyə məhz İlham Əliyevə səs verməliyik" sualına cavabı da qəti və birmənalı olmuşdur: 2008-ci ilin 15 oktyabr seçkilərində cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi də ölkədəki möhkəm ictimai-siyasi sabitliklə, dinamik iqtisadi inkişafla, demokratikləşmə xəttinin dönməzliyi ilə şərtlənmişdir.

 

İnsan amilinə həssas münasibət

 

Dövlət başçısı İlham Əliyevin ötən 7 illik fəaliyyətində diqqətəlayiq ən üstün cəhətlərdən biri onun siyasi hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirməsi, hökumətin fəaliyyəti ilə bağlı cəmiyyətə müntəzəm hesabatların verilməsini idarəçilikdə demokratik ənənələrdən biri kimi formalaşdırmasıdır. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində qazanılmış nailiyyətlərin qiymətləndirilməsi, əldə edilmiş uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması və onların həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir.

Ötən 7 ilin ümumi statistikası da Azərbaycan hökumətinin qarşıya qoyduğu prioritet vəzifələrin reallığa adekvatlığını, çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslandığını bir daha təsdiqləyir: 2003-cü ildən ölkə iqtisadiyyatı 2,8 dəfə artmış, həmin vaxt cəmi 1,3 milyard dollar təşkil edən dövlət büdcəsi 2010-cu ildə 15 milyard dollara yüksəlmiş, hərbi xərclər 2 milyard dolları ötmüşdür. Əgər 2003-cü ildə adambaşına düşən milli gəlirin həcmi 888 ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 5000 dollara yaxındır. Ötən müddətdə yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə düşmüşdür.

Dövlət başçısı İlham Əliyevin ötən 7 illik fəaliyyətində üstün istiqamətlərdən birisosial məsələlərə xüsusi diqqət yetirməsi, dövlət büdcəsində sosialyönümlü xərclərin prioritet təşkil etməsi olmuşdur. Xatırlatmaq lazımdır ki, 2010-cu ilin dövlət büdcəsində sosial təminat xərcləri üçün 1 milyard 192,3 milyon manat həcmində vəsait ayrılmışdır ki, bu da 2003-cü illə müqayisədə 6 dəfədən artıqdır. Cənab İlham Əliyevin sosialyönümlü siyasəti Azərbaycanda insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidir.

Bu ilin yay aylarında Kür çayında baş verən məlum daşqınlarla bağlı ətraf rayonların bəzi kəndlərinin su altında qalmasına çevik reaksiya göstərən dövlət başçısı İlham Əliyev hökumətin bütün səylərini təbii fəlakətin fəsadlarının aradan qaldırılması yönümündə səfərbər etmişdir. Daşqına məruz qalmış yaşayış məntəqələrinin əhalisinin qısa müddətdə təhlükəsiz ərazilərdə çadır düşərgələrində yerləşdirilərək gündə üç dəfə isti yeməklə təmin olunması, onlara təhsil, səhiyyə xidmətlərinin göstərilməsi dövlət başçısının yüksək insanpərvərliyini və qayğıkeşliyini bir daha təsdiqləyir. Cənab İlham Əliyev yaranmış vəziyyətlə bağlı Bakıda və Şirvan şəhərində hökumət üzvlərinin iştirakı ilə keçirdiyi müşavirələrdə yaranmış vəziyyətin aradan qaldırılması üçün Kür çayının lildən təmizlənməsi, sahilbərkitmə işlərinin aparılması ilə bağlı göstəriş və tövsiyələrini vermişdir.

Prezident İlham Əliyev dövlət məmurlarına təbii fəlakətdən ziyan çəkmiş vətəndaşların problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşmağı tapşırmışdır: "Mən əminəm ki, biz bu çətin vəziyyətdən şərəflə çıxacağıq. Azərbaycan dövləti güclü dövlətdir. Bizim çox güclü sosial siyasətimiz vardır. Hər bir məmur, hər bir vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçubdur, onun ailəsi evsiz-eşiksiz qalıbdır. Yəni, burada hər bir vəzifəli şəxs, məmur, bu işlərlə məşğul olan insan bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır. Elə etməliyik ki, öz vətəndaşlarımızı maksimum dərəcədə qoruyaqonlara dəstək verək".

Azərbaycan Prezidentinin "KürAraz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar hökumət komissiyasının yaradılması haqqında" sərəncamı da təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması məqsədi daşımışdır. Sərəncamla yaradılmış hökumət komissiyası yaşayış yerini itirmiş ailələrə, ilk növbədə, həyati əhəmiyyətli məsələlərin həllində zəruri kömək göstərmiş, mənəvi-psixoloji sarsıntıya məruz qalmış insanların reabilitasiyası tədbirlərini lazımi səviyyədə həyata keçirmişdir. Artıq daşqın və seldən ziyan çəkmiş vətəndaşlar üçün qısa müddətdə müasir üslubda, zəruri məişət avadanlıqları ilə təchiz olunmuş yeni yaşayış evlərinin tikilib istifadəyə verilməsi də sərəncamda nəzərdə tutulan məsələlərin uğurla gerçəkləşdiyini göstərir.

 

Regionların inkişafına qayğı, adamlarına real dəstək

 

Qlobal böhranla müşayiət olunan 2009-2010-cu illər Azərbaycan iqtisadiyyatının yalnız neft amili üzərində inkişafı ilə bağlı səslənən bəzi qərəzli iddiaları da alt-üst etmişdir. Xüsusi vurğulamaq lazımdır ki, qeyri-neft sektorunun dinamik inkişafı sahəsində əldə olunan nəticələr uğurlu təməlini həm də regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən götürür. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin son 7 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarını, fərman və sərəncamları imzalaması məhz bu reallığa əsaslanmışdır.

11 fevral 2004-cü il tarixdə imzalanmış Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) bu baxımdan xüsusi əhəmiyyət daşımışdır. Dövlət proqramı regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından əlahiddə əhəmiyyətli sənəd olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir. Proqram əsasında Azərbaycan hökuməti 2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu sayda yeni yerlərinin açılmasını təmin etmişdir.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır. Yeni regional inkişaf proqramı bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar açmışdır.

Ümumiyyətlə, cənab İlham Əliyevin ötən 7 ildə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), "Korrupsiyaya qarşı mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında" fərman və sərəncamlar sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Dövlət başçısının 30 aprel 2007-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı isə çoxpilləli biznesə başlama prosedurlarının sadələşdirilməsini, bu sahədə mövcud olan bürokratik əngəllərin, süründürməçilik hallarının aradan qaldırılmasını nəzərdə tutmuşdur. Fərmana əsasən, müvafiq dövlət qurumları vahid kodlaşdırmanın tətbiqi ilə sahibkarlıq subyektlərinin fəaliyyətinin "bir pəncərə" (vahid qeydiyyat orqanı) prinsipi əsasında təşkilini təmin etmişlər. Belə bir fərmanın imzalanması göstərir ki, ölkədə sahibkarlığın inkişafına mane olan bütün maneələrin aradan qaldırılması üçün qətiyyətli addımlar atılır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında daim xüsusi vurğulayır ki, ölkədəki dinamik uğurların əldə olunmasında sahibkarların, adamlarının da böyük rolu var: "Kiçikorta sahibkarlığın inkişafı daha da sürətlə getməlidir, burada süni müdaxilələr olmamalıdır. Baxmayaraq ki, onlar azalıb, amma yenə də faktlar var. Məlumatlar gəlir ki, hüquq-mühafizə orqanları biznes strukturlarına müdaxilə edirlər, incidirlər, əsassız tələblər irəli sürürlər. Bunu yığışdırın. Düzdür, indi azalıbdır, amma var. Unutmayın ki, yeni yerlərinin tam əksəriyyəti özəl sektorda yaradılıbdır. İndi dövlət müəssisəsi tikmirik ki, orada yeri yaradılsın. Yaxud da dövlət aparatını artırmırıq ki, orada yeri açılsın. Bu, özəl sektorda yaradılır. Yaxşı, belə olan halda, biz gərək özəl sektora bütün şəraiti yaradaq. Mənim siyasətim bundan ibarətdir. Unutmayın ki, mən bu sahəyə ciddi yanaşıram və adamlarını dəstəkləyirəm".

 

Xarici siyasətdə türkdilli ölkələrlə əməkdaşlıq prioritetdir

 

Qloballaşan dünyada bu və digər dövlətin uğurlu xarici siyasət əsasında beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı, ilk növbədə, onun daxili siyasətindən, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına necə əməl etməsindən, iqtisadi inkişaf səviyyəsindən asılıdır. Praqmatikrasional baxışlı siyasi lider kimi bu reallıqları düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel surətdə gerçəkləşdirilən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti respublikanın gələcək yüksəlişinin, habelə effektiv xarici siyasətinin vahid istinad nöqtəsi kimi əsaslandırmışdır.

Əminliklə söyləmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin son 7 ildə həyata keçirdiyi effektiv xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə cəlbedici olmuşdur. Rəsmi Bakı 2003-2010-cu illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevikadekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir. Cənab İlham Əliyevin bu gün bütövlükdə dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı və rəğbət bəslədiyi fenomen siyasi liderə çevrilməsi də məhz bu reallıqlarla şərtlənir. Xüsusi vurğulamaq lazımdır ki, bir neçə gün əvvəl ABŞ-da işgüzar səfərdə olmuş cənab İlham Əliyevin regiondakı liderlik missiyası bu ölkənin Prezidenti Barak Obama tərəfindən də yüksək dəyərləndirilmişdir.

Ötən müddətdə Azərbaycan Türkiyə də daxil olmaqla, bütün türkdilli dövlətlərin ümumi maraq və mənafeləri naminə konsolidasiyası istiqamətində də inamlı addımlar atmışdır. Bu səylər eyni zamanda çoxqütblü əməkdaşlığın subregional inteqrasiya modelini - türkdilli dövlətlərin müxtəlif qlobal enerjikommunikasiya layihələrinin gerçəkləşdirilməsi naminə birgə səy göstərməsini, geniş iqtisadi əlaqələr qurmasını təmin etmişdir. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, bədnam erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdəndir.

Ötən ilin oktyabr ayında Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi də ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamı idi. İlk dəfə 2006-cı ildə türkdilli ölkələrin dövlət başçılarının sammitində Prezident Nursultan Nazarbayev Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ideyasını irəli sürmüşdür. Ortaq mədəni irsə, dinə, dilə malik olan dövlətləri bir araya gətirdiyi üçün Assambleya böyük əhəmiyyətə malikdir. Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası ünsiyyətin demokratik forumu kimi yaradılmışdır və hazırda bölgələrin əmin-amanlıq və inkişaf ərazilərinə çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə əlverişli şərait yaratmışdır.

Türkdilli ölkələrin - dövlət başçılarının ötən ilin oktyabrında keçirilmiş IX zirvə görüşü Türkiyə, Azərbaycan, Qazaxısan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır. Faydalı müzakirələrlə tarixə düşən zirvə toplantısında türk dövlətləri arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin yaradılması vacibliyini önə çəkmişlər. Eyni zamanda türkdilli dövlət başçıları ildə iki dəfə - rəsmi və qeyri-rəsmi görüşmək barədə razılığa gəlmişlər.

Prezident İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirak etmək üçün bu il sentyabrın 15-də Türkiyə Respublikasına reallaşan səfəri də bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Səfər zamanı Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah GülBaş nazir Rəcəb Tayyib Ərdoğanla görüşündə ikitərəfli münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmışdır. Tərəflər iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə, dərin tarixi, dini və mədəni ortaqlıqlara toxunmaqla yanaşı, siyasi, iqtisadi sahələr üzrə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişlər. Azərbaycan ilə Türkiyə arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması ilə bağlı saziş isə iki qardaş ölkə arasında münasibətlərin daha yüksək səviyyədə qurulması baxımından son dərəcə əhəmiyyətlidir.

Zirvə görüşündə qərara alınmışdır ki, türk mədəniyyətinin qorunması üçün Bakıda vəqf, universitetlər arasında fəaliyyətin gücləndirilməsi üçün xüsusi qurum, Astanada akademiyanın tərkibində muzey, tarixi araşdırma fondu yaradılsın. Gələn il Türkmənistanda MDB-nin üzvü olan türk dövlətlərinin müstəqilliyinin 20 illiyinin qeyd edilməsi, həmçinin türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə görüşünün Qazaxıstanda keçirilməsi qərara alınmışdır. Eyni zamanda əldə olunmuş razılığa əsasən, hər il oktyabrın 3-ü Türkdilli ölkələrin əməkdaşlıq günü kimi qeyd olunacaqdır.

Rəhbəri olduğum "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" (ATXƏM) İctimai Birliyitürk dövlətlərinin siyasi, mənəvi və mədəni birliyinə xidmət edən müxtəlif səmərəli təşəbbüslərlə çıxış edir, mühüm tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlər keçirir. İctimai birliyin fəaliyyəti eyni zamanda ulu öndər Heydər Əliyevin daim uca tutduğu türkçülük ideyalarının bəşəriyyətin xilasına xidmət etdiyini, türkdilli dövlətlərin regionda yalnız sülh, iqtisadi tərəqqi və inkişafın, habelə demokratik idealların təntənəsi naminə birləşmək niyyətini nümayiş etdirməyə yönəlmişdir.

Ümumilikdə, ötən 7 ildə Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi, beynəlxalq nüfuzunun sürətlə artması, dinamik iqtisadi inkişaf magistralına çıxması, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasətin yeridilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təşkili məhz cənab İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri sayəsində mümkün olmuşdur. Məhz buna görə də Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə böyük etimad bəsləyir, onun siyasi kursunu birmənalı şəkildə dəstəkləyirlər. Cəmiyyətdə böyük əksəriyyət bu fikirdədir ki, xalqın inamını doğrultmuş dövlət başçısının uğurla davam etdirdiyi islahatlar hələ uzun illər Azərbaycanın möhkəmləndirilməsi və gücləndirilməsinə, ölkənin iqtisadi qüdrətinin artırılmasına, xalqın layiq olduğu firavanlığa qovuşmasına xidmət edəcəkdir.

 

 

İlham İSMAYILOV,

"Azərbaycanlıların və digər Türkdilli

Xalqların Əməkdaşlıq Mərkəzi"

İctimai Birliyinin sədri

 

Azərbaycan.- 2010.- 1 oktyabr.- S. 4.