Azərbaycan
Respublikası Prezidentinin “İnzibati
və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun təsdiq edilməsi
haqqında” 2003-cü il 4 avqust
tarixli 911 nömrəli Fərmanına və
“Dövlət qulluqçularının əməkhaqlarının
artırılması haqqında” 2008-ci il
9 iyul tarixli 2934
nömrəli Sərəncamına
əlavələr və dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
1. Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003-cü il, ¹
8, maddə 440; 2006-cı il,
¹ 3, maddə 229, ¹ 6, maddə
498; 2007-ci il, ¹ 2, maddələr
86, 101, ¹ 3, maddələr 217, 227, ¹ 7, maddə 714, ¹ 9, maddə
867, ¹ 10, maddə 948, ¹ 12, maddə
1242; 2008-ci il, ¹ 1, maddə
9, ¹ 3, maddələr 173, 179, ¹ 6, maddə 499, ¹ 8, maddələr
717, 723; 2009-cu il, ¹ 2, maddə
66, ¹ 6, maddələr 419, 421, 422; 2010-cu il, ¹ 2, maddə 80, ¹ 3, maddə 183) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin
Təsnifat Toplusu”na aşağıdakı əlavələr
və dəyişikliklər
edilsin:
1.1. 2.1.2-ci və 3.2.2-ci bəndlərin üçüncü abzaslarında “Azərbaycan Respublikası Milli Məclisinin Aparatının təminedici şöbəsinin müdiri,” sözlərindən sonra “Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi,” sözləri, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının təminedici şöbəsinin müdiri,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi,” sözləri əlavə edilsin;
1.2. 2.1.3-cü və 3.2.3-cü bəndlərin üçüncü abzaslarından “Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi,” sözləri çıxarılsın;
1.3. 2.1.4-cü və 3.2.4-cü bəndlərin onuncu abzaslarında “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının təminedici şöbəsinin müdir müavini, yardımçı şöbəsinin müdiri və müdir müavini,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Baş nazirinin köməkçisi, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi rəhbərinin müavini,” sözləri əlavə edilsin;
1.4. 2.1.5-ci və 3.2.5-ci bəndlər üzrə:
1.4.1. beşinci abzaslarda “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında” sözlərindən sonra “, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində” sözləri, “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib,” sözlərindən sonra “sədrin köməkçisi,” sözləri, “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatında sektor müdiri, baş mühasib,” sözlərindən sonra “müvəkkilin (ombudsmanın) köməkçisi,” sözləri əlavə edilsin;
1.4.2. doqquzuncu abzaslarda “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında Aparatın rəhbəri və rəhbərin müavini,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin rəhbəri,” sözləri əlavə edilsin;
1.5. 2.1.6-cı və 3.2.6-cı bəndlərin altıncı abzaslarında “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında (təminedici və yardımçı) şöbə müdiri və müdir müavini” sözlərindən sonra “, rəhbərin köməkçisi, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin aparatlarında (təminedici və yardımçı) şöbə müdiri və müdir müavini” sözləri əlavə edilsin;
1.6. 2.1.7-ci və 3.2.7-ci bəndlərin ikinci abzaslarının sonuna nöqtəli vergül işarəsindən əvvəl “, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözləri əlavə edilsin;
1.7. 2.1.7-ci və 3.2.7-ci bəndlərin üçüncü abzaslarında, 2.1.8-ci və 3.2.8-ci bəndlərdə, 2.1.9-cu və 3.2.9-cu bəndlərin ikinci abzaslarında, 2.3.6-cı və 3.4.6-cı bəndlərin üçüncü abzaslarında “mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan” sözləri “Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan” sözləri ilə əvəz edilsin;
1.8. 2.3.2-ci və 3.4.2-ci bəndlərin üçüncü abzaslarında “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında” sözlərindən sonra “, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində” sözləri əlavə edilsin;
1.9. 2.3.6-cı və 3.4.6-cı bəndlərin ikinci abzaslarında “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin” sözləri əlavə edilsin.
2. “Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
22 dekabr tarixli 497 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə
1044; 2007-ci il, ¹ 11, maddə
1107; 2009-cu il, ¹ 2, maddə
77; 2010-cu il, ¹ 3, maddə
183) 2.6-cı bəndində “ikinci halda Azərbaycan
Respublikasının” sözləri
“ikinci halda Azərbaycan Respublikasının
və Naxçıvan
Muxtar Respublikasının”
sözləri ilə əvəz edilsin.
3. “Dövlət
qulluqçularının əməkhaqlarının
artırılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 7, maddə
645, ¹ 8, maddələr 723, 731; 2009-cu il, ¹ 6, maddələr 419,
421, ¹ 12, maddə 1029; 2010-cu il, ¹ 3, maddə 183) 2 nömrəli əlavəsinə
aşağıdakı əlavələr
və dəyişikliklər
edilsin:
3.1. İnzibati vəzifələrin təsnifatları üzrə:
3.1.1. “İkinci təsnifat”ın üçüncü qrafasında “Azərbaycan Respublikası Milli Məclisinin Aparatının təminedici şöbəsinin müdiri;” sözlərindən sonra “Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi;” sözləri, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının təminedici şöbəsinin müdiri” sözlərindən sonra “; Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi” sözləri əlavə edilsin;
3.1.2. “Üçüncu təsnifat”ın üçüncü qrafasından “Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi;” sözləri çıxarılsın;
3.1.3. “Dördüncü təsnifat”ın on dördüncü qrafasında “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının təminedici şöbəsinin müdir müavini;” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Baş nazirinin köməkçisi; Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi rəhbərinin müavini;” sözləri əlavə edilsin;
3.1.4. “Beşinci təsnifat” üzrə:
3.1.4.1. onuncu qrafada “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında” sözlərindən sonra “, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində” sözləri, “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib” sözlərindən sonra “, sədrin köməkçisi” sözləri əlavə edilsin;
3.1.4.2. on altıncı və iyirminci qrafalarda “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Aparatının” sözləri “Naxçıvan Muxtar Respublikasının nazirliklərinin, dövlət komitələrinin Aparatının” sözləri ilə əvəz edilsin;
3.1.4.3. on yeddinci qrafada “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında,” sözlərindən sonra “Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində,” sözləri əlavə edilsin;
3.1.4.4. aşağıdakı məzmunda iyirmi birinci, iyirmi ikinci və iyirmi üçüncü qrafalar əlavə edilsin:
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa
Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion
Mərkəzinin rəhbəri
640
Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının Aparatının rəhbəri 540
Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının Aparatının rəhbərinin müavini 510
3.1.5. “Altıncı təsnifat” üzrə:
3.1.5.1. on üçüncü qrafada “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında” sözləri “Naxçıvan Muxtar Respublikasının nazirliklərinin, dövlət komitələrinin aparatlarında” sözləri ilə əvəz edilsin, “yardımçı şöbənin müdir müavini” sözlərindən sonra “, rəhbərin köməkçisi” sözləri əlavə edilsin;
3.1.5.2. aşağıdakı məzmunda
on yeddinci qrafa əlavə edilsin:
Naxçıvan Muxtar Respublikasının digər
mərkəzi icra hakimiyyəti orqanlarının,
Naxçıvan Muxtar
Respublikasının Sahibkarlığa
Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion
Mərkəzinin aparatlarında:
- təminedici şöbənin
müdiri 420
- təminedici şöbənin
müdir müavini 400
- yardımçı şöbənin
müdiri 390
- yardımçı şöbənin
müdir müavini, rəhbərin köməkçisi
370
3.1.6. “Yeddinci
təsnifat” üzrə:
3.1.6.1. ikinci və beşinci qrafalarda “Naxçıvan Muxtar Respublikasının mərkəzi
icra hakimiyyəti orqanlarının aparatlarında”
sözləri “Naxçıvan
Muxtar Respublikasının
nazirliklərinin, dövlət
komitələrinin aparatlarında”
sözləri ilə əvəz edilsin;
3.1.6.2. dördüncü
qrafada “Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə
Müvəkkilinin (Ombudsmanın)
regional mərkəzlərində” sözlərindən sonra
“, Naxçıvan Muxtar
Respublikası Televiziya
və Radio Şurasının
Aparatında” sözləri
əlavə edilsin;
3.1.6.3. aşağıdakı məzmunda
altıncı, yeddinci
və səkkizinci qrafalar əlavə edilsin:
Naxçıvan Muxtar Respublikasının mərkəzi
icra hakimiyyəti
orqanlarının yanında
olan orqanların rəhbərləri 385
Naxçıvan Muxtar Respublikasının digər
mərkəzi icra hakimiyyəti orqanlarının,
Naxçıvan Muxtar
Respublikasının Sahibkarlığa
Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion
Mərkəzinin aparatlarında
sektor müdiri, baş mühasib 343
Naxçıvan Muxtar Respublikasının digər
mərkəzi icra
hakimiyyəti orqanlarının,
Naxçıvan Muxtar
Respublikasının
Sahibkarlığa Kömək
Fondunun, Naxçıvan
Muxtar
Respublikasının Auksion Mərkəzinin aparatlarında:
- baş məsləhətçi
330
- böyük məsləhətçi
315
- aparıcı məsləhətçi
300
- məsləhətçi 290
3.1.7. “Səkkizinci
təsnifat”a aşağıdakı məzmunda
üçüncü qrafa
əlavə edilsin:
Naxçıvan Muxtar Respublikasının mərkəzi
icra hakimiyyəti
orqanlarının yanında
olan orqanların rəhbərlərinin müavinləri
290
3.1.8. “Doqquzuncu
təsnifat”a aşağıdakı məzmunda
səkkizinci və doqquzuncu qrafalar əlavə edilsin:
Naxçıvan Muxtar Respublikasının mərkəzi
icra hakimiyyəti
orqanlarının yanında
olan orqanların aparatlarında sektor müdiri, baş mühasib 217
Naxçıvan Muxtar Respublikasının mərkəzi
icra hakimiyyəti orqanlarının yanında
olan orqanların aparatlarında:
- baş məsləhətçi
194
- böyük məsləhətçi
189
- aparıcı məsləhətçi
184
- məsləhətçi 179
3.2. Yardımçı
vəzifələrin təsnifatları
üzrə:
3.2.1. “İkinci
təsnifat”da “Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin” sözlərindən sonra
“Aparatında, Bakı
şəhərində Naxçıvan
Muxtar Respublikasının
Daimi Nümayəndəliyində”
sözləri əlavə
edilsin;
3.2.2. “Altıncı
təsnifat”da “Naxçıvan
Muxtar Respublikasının
mərkəzi icra hakimiyyəti orqanlarının”
sözləri “Naxçıvan
Muxtar Respublikasının
nazirliklərinin, dövlət
komitələrinin və
digər mərkəzi
icra hakimiyyəti orqanlarının, Naxçıvan
Muxtar Respublikasının
Sahibkarlığa Kömək
Fondunun, Naxçıvan
Muxtar Respublikasının
Auksion Mərkəzinin,
Naxçıvan Muxtar
Respublikasının mərkəzi
icra hakimiyyəti orqanlarının yanında
olan orqanların” sözləri ilə əvəz edilsin.
4. Bu Fərman
2010-cu il 15 mart tarixindən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
01 oktyabr 2010-cu il
Azərbaycan.- 2010.- 2 sentyabr.- S. 2.