“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanına əlavə edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Hərbi qulluqçuların statusu haqqındaAzərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmişHərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədəAzərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Hərbi xidmətkeçmə haqqındaƏsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə 176; 2002-ci il, ¹ 8, maddə 478; 2004-cü il, ¹ 1, maddə 19; 2005-ci il, ¹ 4, maddə 299; 2007-ci il, ¹ 11, maddə 1117; 2008-ci il, ¹ 8, maddə 719) 2-ci bəndinin dördüncü abzasında “138-ci maddəsininsözlərindən əvvəl “121-ci maddəsinin ikinci hissəsində,” sözləri əlavə edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2010-cu il.

 

Azərbaycan.- 2010.- 2 oktyabr.- S. 2.