Süleyman Vəzirovun 100 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2010-cu ilin noyabr ayında Azərbaycanın görkəmli neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi Süleyman Azad oğlu Vəzirovun anadan olmasının 100 ili tamam olur.

Azərbaycanda neft-qaz sənayesinin inkişafında böyük xidmətlər göstərmiş Süleyman Vəzirovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sənaye və Energetika Nazirliyi ilə birlikdə Süleyman Azad oğlu Vəzirovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2010-cu il

 

Azərbaycan.- 2010.- 2 oktyabr.- S. 2.