Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”na əlavə edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel
tarixli 992-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, ¹9, maddə 872; 2008-ci il, ¹3, maddələr
169, 186, ¹5, maddə 364, ¹6, maddələr 483, 504, ¹12, maddə
1057; 2009-cu il, ¹2, maddələr 59, 69, 73, ¹5, maddə 321, ¹6,
maddə 421; 2010-cu il, ¹2, maddə 80, ¹3, maddələr 180, 184,
193; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli
279 nömrəli və 1 iyul tarixli 287 nömrəli fərmanları)
ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında
işlərə baxmağa səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı”na aşağıdakı məzmunda
10.2-ci bənd əlavə edilsin:
“10.2. Məcəllənin
326-4.3-cü maddəsində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə - ədliyyə
naziri, onun müavinləri, Nazirliyin aparatının Qeydiyyat və
notariat baş idarəsinin rəisi, onun müavini, rayon (şəhər)
qeydiyyat şöbələrinin rəisləri;
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri,
onun müavini, Nazirliyin aparatının Qeydiyyat və notariat
şöbəsinin rəisi, rayon (şəhər) qeydiyyat
şöbələrinin rəisləri.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2010-cu il.
Azərbaycan.- 2010.- 3 oktyabr.- S. 1.