“Elektroenergetika
haqqında” Azərbaycan Respublikasının Qanununa,
“Qaz təchizatı haqqında” Azərbaycan
Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları
haqqında” Azərbaycan Respublikasının Qanununa
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarına əlavələr
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Elektroenergetika
haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı
haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı
və tullantı suları haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavələr edilməsi barədə”
Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD
nömrəli Qanununa uyğun olaraq qərara alıram:
1. “Elektroenergetika
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, ¹6, maddə 384; 2003-cü il,
¹10, maddə 582; 2007-ci il,
¹2, maddə 87, ¹6, maddə
601, ¹8, maddə 769; 2008-ci il,
¹8, maddə 719) 2-ci bəndinə
aşağıdakı məzmunda
onuncu abzas əlavə edilsin:
“həmin Qanunun 8-ci maddəsinin səkkizinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini qaydanın müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, haqqın müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirirlər.”.
2. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹9, maddə 576; 2001-ci il, ¹10, maddə 640; 2003-cü il, ¹10, maddə 585; 2004-cü il, ¹7, maddə 526; 2007-ci il, ¹6, maddə 601) 2-ci bəndinə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“həmin Qanunun 13-cü maddəsinin 11-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini qaydanın müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, haqqın müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirirlər.”.
3. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 45; 2001-ci il, ¹12, maddə 755; 2008-ci il, ¹8, maddə 719; 2010-cu il, ¹3, maddə 181) 2-ci bəndinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“həmin Qanunun
23-cü maddəsinin 4-cü bəndinin ikinci cümləsində nəzərdə
tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
qaydanın müəyyən
edilməsi hissəsində
Azərbaycan Respublikasının
Nazirlər Kabineti, haqqın müəyyən
edilməsi hissəsində
Azərbaycan Respublikasının
Tarif (qiymət) Şurası həyata keçirirlər.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2010-cu il.
Azərbaycan.- 2010.-3
oktyabr.- S. 1.