Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Li Men Baka

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Dövlətin yaranması günü münasibətilə Sizi bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından təbrik edirəm.

Bu gün dost ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Əminəm ki, münasibətlərimizin bütün səviyyələrdə inkişafı, əməkdaşlığımızın daim genişləndirilməsi istiqamətində səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.-3  oktyabr.- S. 1.