Almaniya Federativ
Respublikasının Prezidenti
zati-aliləri cənab
Kristian Vulfa
Hörmətli cənab
Prezident!
Milli bayramınız
- Alman birliyi günü münasibətilə
Sizə və Sizin simanızda
bütün xalqınıza
ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-Almaniya münasibətlərinin hazırkı
inkişaf səviyyəsi,
istər ikitərəfli
qaydada, istərsə də Avropa strukturları çərçivəsində
səmərəli əməkdaşlığımız
məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası
münasibətlərimizin, dostluq əlaqələrimizin
daha da möhkəmləndirilməsi,
əməkdaşlığımızın
əhatə dairəsinin
genişləndirilməsi istiqamətində
səylərimizi bundan
sonra da davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir,
dost Almaniya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.- 3 oktyabr.- S. 1.