"Azərbaycan
Respublikasının sülhməramlı əməliyyatlarda
iştirakı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə
tədbirlər barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Azərbaycan
Respublikasının sülhməramlı
əməliyyatlarda iştirakı
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
Müəyyən edilsin ki, "Azərbaycan Respublikasının sülhməramlı
əməliyyatlarda iştirakı
haqqında" Azərbaycan
Respublikası Qanununun
14.3-cü maddəsinin birinci
cümləsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Müdafiə
Nazirliyi həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2010-cu il
Azərbaycan.- 2010.- 3 sentyabr.- S. 2.