“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1019-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1019-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹4, maddə 324, ¹10, maddə 849; 2008-ci il, ¹7, maddə 612, ¹8, maddə 715, ¹11, maddə 970; 2009-cu il, ¹12, maddə 983; 2010-cu il, ¹2, maddə 83) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.37-1-ci bənd əlavə edilsin:

“8.37-1. idman mərc oyunlarını həyata keçirən hüquqi şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditə etmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹3, maddə 162, ¹7, maddə 533, ¹12, maddə 983; 2010-cu il, ¹2, maddə 80) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.2.10-2-ci bənd əlavə edilsin:

“8.2.10-2. idman mərc oyunlarının təşkili keçirilməsinə nəzarət etmək;”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2010-cu il.

 

Azərbaycan.- 2010.- 3 oktyabr.- S. 2.