"Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsı barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-cı il 29 avqust tarixli
389 nömrəli fərmanına
əlavə edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Yeyinti məhsulları
haqqında" Azərbaycan Respublikasının Qanununa və
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi barədə"
Azərbaycan Respublikasının 2008-ci il 16 dekabr tarixli
744-IIIQD nömrəli Qanununun icrasını təmin etmək
məqsədi ilə qərara alıram:
1. "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, III kitab, maddə 612; 2001-ci il, ¹ 7, maddə 462, ¹ 10, maddə
640, ¹ 12, maddə 755; 2002-ci il, ¹ 1, maddə 49, ¹ 5, maddələr
260, 275, ¹ 8, maddələr 478, 484, 486; 2003-cü il, ¹ 6, maddə
299, ¹ 8, maddə 434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547,
560, 571, 582; 2004-cü il, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr
138, 141, ¹ 4, maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346,
¹ 8, maddələr 607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005;
2005-ci il, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299, 303, ¹
8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə 1101;
2006-cı il, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5,
maddə 407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674,
675, 679, ¹ 9, maddə 743, ¹ 11, maddələr 942, 945; 2007-ci il, ¹
1, maddə 11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715,
¹ 8, maddələr 767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹
12, maddə 1227; 2008-ci il, ¹1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6,
maddələr 504, 507, ¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹ 9,
maddə 798, ¹ 10, maddə 894, ¹ 11, maddə 969, 971, 980, ¹ 12,
maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, ¹ 3, maddə 163, ¹
4, maddə 226, ¹ 5, maddə 330, ¹ 7, maddələr 532, 535, 539,
540, 542, ¹ 9, maddə 688, ¹ 10, maddələr 776, 785, ¹ 12, maddələr
979, 993; 2010-cu il, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 189, ¹
5, maddə 393; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1
iyul tarixli 287 və 288 nömrəli, 2 iyul tarixli 291 nömrəli
fərmanları) aşağıdakı məzmunda 3.70-ci bənd
əlavə edilsin:
"3.70. həmin Məcəllənin
68-5-ci maddəsində nəzərdə tutulmuş ekoloji təmiz
kənd təsərrüfatının tələblərinə
cavab verməyən kənd təsərrüfatı və ərzaq
məhsullarına ekoloji təmiz kənd təsərrüfatı
və ərzaq məhsullarının milli əmtəə
nişanının vurulması, ekoloji təmiz kənd təsərrüfatı
və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul
olan şəxslər tərəfindən həmin məhsulların
ənənəvi üsullarla istehsal edilmiş məhsullarla
qarışdırılması və spesifikliyinin
qorunmaması ilə əlaqədar işlərə həmin məhsulların
istehsalı və satışaqədər saxlanması mərhələsində
Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi, həmin
məhsulların istehlakçılara təklif olunması mərhələsində
Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi, etiketi üzərində istehsalında genetik
modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən
istifadə haqqında məlumatlar göstərilməyən məhsulların
ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsulları kimi Azərbaycan Respublikasında satışa
çıxarılması ilə əlaqədar işlərə
Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi baxırlar".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2010-cu il
Azərbaycan.- 2010.- 3 oktyabr.- S. 2.