Azərbaycan Respublikası və Mavritaniya İslam
Respublikası arasında 2010-cu il iyulun 15-də Bakı şəhərində
imzalanmış sənədlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. Azərbaycan
Respublikası və Mavritaniya İslam Respublikası arasında 2010-cu
il iyulun
15-də Bakı şəhərində
imzalanmış aşağıdakı
sənədlər təsdiq
edilsin:
1.1. Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və Mavritaniya İslam Respublikasının Ticarət,
Ənənəvi Sənaye
və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında
Saziş;
1.2. Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
və Mavritaniya İslam Respublikasının
Kəndlərin İnkişafı
Nazirliyi arasında əməkdaşlıq haqqında
Saziş.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
tapşırılsın ki,
bu sərəncamın
1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin
həyata keçirilməsi
üçün zəruri
tədbirlər görsün.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın
1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirilməsi barədə
Mavritaniya İslam Respublikası tərəfini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2010-cu il
Azərbaycan.- 2010.- 3 oktyabr.-
S. 2.