2010-cu il iyulun 13-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Türkiyə Respublikasının Kapital Bazarı Şurası arasında əməkdaşlıq və informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il iyulun 13-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Türkiyə Respublikasının Kapital Bazarı Şurası arasında əməkdaşlıq informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 3 oktyabr.- S. 2.