2010-cu il iyulun 15-də Bakı
şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və
Portuqaliya Respublikasının Xarici İşlər Nazirliyi
arasında siyasi məsləhətləşmələr
haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
1. 2010-cu il iyulun 15-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Portuqaliya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Portuqaliya Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 oktyabr
2010-cu il
Azərbaycan.- 2010.- 3 oktyabr.- S. 2.