RAGT-nin sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva:

 

Fəaliyyətimizin prioritet istiqaməti Rusiya-Azərbaycan mədəniyyətlərarası dialoqun qurulmasıdır

 

"Real işlər, həyata keçirilmiş ideyalar, nail olunmuş məqsədlər əminliklə deməyə imkan verir ki, RAGT özünü təsdiq etmiş birlikdir. Hazırda RAGT Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır. Üzvlərimizin sayı bir ilə bir neçə dəfə artmışdır. Əminəm ki, həmfikirlərimizin də sayı artmışdır. Təşkilatın artıq 60-dan çox bölməsi vardır. Regional təşkilatlar fəallıqlarına görə heç də mərkəzdən geri qalmırlar. Bir il ərzində biz təkcə Moskvada və Bakıda deyil, həm də Sankt-Peterburqda, Tverdə, İvanovoda, Smolenskdə, MurmanskdaYekaterinburqda xeyli tədbirlər, görüşlər, aksiyalar keçirmişik.

Fəaliyyətimizin lap əvvəlindən işimizi elə qurmağa çalışdıq ki, mümkün qədər çox müxtəlif sahə və istiqamətləri əhatə edək. Fəaliyyətimizin prioritet istiqamətləri mədəniyyətlərarası dialoqun qurulması, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliği, müasir Azərbaycan reallıqlarının Rusiya cəmiyyətinə çatdırılması, habelə elm və təhsil sahələridir. Bir də əlbəttə, Rusiya Federasiyasında yaşayan və təhsil alan vətəndaşlarımız, tələbələrimiz və gənclərimizə qayğı göstərilməsi.

Fəaliyyətimizin ən mühüm tərkib hissələrindən biri Heydər Əliyev Fondu ilə birlikdə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının keçirilməsidir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində 70-dən çox aksiya keçirilmişdir. Kampaniyanın məqsədi 1992-ci ilin fevral hadisələri barədə dünyanın bütün qitələrinə məlumat çatdırmaqdır. Xocalı bizim dərdimizdir və dünya birliyinə bu faciə, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilməsi çox vacibdir. Bu münaqişə ədalətli həll olunanadək, Azərbaycanın ərazi bütövlüyü bərpa edilənədək biz bu istiqamətdə fəaliyyət göstərəcəyik.

Mədəniyyəti bütün dialoqların universal açarı hesab edirəm. Moskvada və Rusiyanın digər şəhərlərində Azərbaycan mədəniyyəti günləri və həftələri keçirmiş, musiqi gecələri, fotosərgilər, filmlərin nümayişi təşkil olunmuş, zəngin Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişik. Humanitarsosial sahələrdə də xeyli görülmüş, köməyə ehtiyacı olanlara konkret yardımlar edilmiş, məsələn, uşaq evlərində, xəstəxanalarda uşaqlara böyük qayğı göstərilmişdir. Xəstə uşaqlar üçün "Qanın milləti yoxdur" devizi altında dərin rəmzi məna daşıyan qanvermə aksiyasını xüsusi qeyd etmək istəyirəm. Bu, göstərir ki, Azərbaycan və Rusiya gənclərinin həyat dəyərləri eynidir. RAGT-nin təşəbbüsü ilə tütününalkoqolun insan orqanizminə təsiri barədə reklam-maarifləndirmə kampaniyası keçirilmişdir. "Əmin ol ki, sağlamsan" və "Xəstəliyə "yox" de" proqramları çərçivəsində Azərbaycandan və Moskvadan yüzlərlə adam pulsuz müayinə olunmuşdur. Biz gələcəkdə humanitar fəaliyyətimizi genişləndirmək, zənginləşdirmək niyyətindəyik. Biz idmanda da parlaq nəticələr əldə etmişik. 2009-cu ildən Moskvada, Rusiyada təhsil alan azərbaycanlı tələbələrdən ibarət 16 komandanın iştirakı ilə mini-futbol çempionatı keçirilir. Mən çox şadam ki, regionlar bu ideyanı dəstəkləmişlər və bu il çempionatda artıq 24 komanda iştirak etmişdir. Bu, gənclərimizin idmana olan böyük marağından xəbər verir. Bu yaxınlarda RAGT-nin rəsmi saytı yenilənmişdir və gənclərimiz ünsiyyət bağlaya, maraqlı informasiyaları müzakirə, müsabiqələrdə iştirak edə bilərlər. Qeyd etmək istəyirəm ki, özümüzün mətbu orqanımızı - "AMOR" ("RAGT") jurnalını yaratmışıq.

Bu gün biz görülən işlərə yekun vurur, həm də gələcək fəaliyyət strategiyamızı müzakirə edirik. Fəaliyyətimizi müxtəlif istiqamətlərdə genişləndirməyimiz çox vacibdir. Biz, Azərbaycanın gənc nəsli gözüaçıq olmaq, Vətənimizi heç zaman unutmamaq, köklərimizi və ənənələrimizi sevmək və qorumaq istəyirik. Biz eşitmək və eşidilmək istəyirik. Qarşıda bizi çox işlər gözləyir. Bizim ümumi uğurumuz onların həyata keçirilməsindən asılıdır.

Bu gün biz işimizdən və keçdiyimiz yoldan danışırıq, ancaq hələ daha çox işlər görməliyik, çünki yeni məqsədlərimiz və imkanlarımız yaranmışdır. Bizi bir-birimizə çox şeylər bağlayır, başlıcası isə bir üstünlüyümüz vardır - biz gəncik və deməli, ehtiyacı olanlara kömək etmək imkanımız vardır. RAGT hamı üçün açıqdır və bütün təşəbbüsləri, layihələri dəstəkləməyə hazırdır. Əminəm ki, biz birlikdə daha böyük nəticələr və uğurlar əldə edəcəyik".

(Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) II konfransındakı çıxışdan)

 

 

Azərbaycan.- 2010.- 3 oktyabr.- S. 5.