Azərbaycan Prezidenti İlham Əliyev Bakıda yəhudi məktəbinin açılışı münasibətilə respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini qəbul etmişdir

 

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yəhudi məktəbinin açılışı münasibətilə respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini qəbul etmişdir.

Prezident İlham Əliyev Bakıda yəhudi məktəbinin açılış mərasimində iştirak etmək üçün müxtəlif ölkələrdən respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini salamladı. Dövlətimizin başçısı əsrlər boyu Azərbaycanda bütün xalqlaramilli azlıqlara, o cümlədən yəhudilərə tolerant münasibət bəsləndiyini dedi. Prezident İlham Əliyev tarixən ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dinc yanaşı yaşadığını xüsusi vurğulayaraq qeyd etdi ki, bu ənənə indiuğurla davam etdirilir və nümunəvi xarakter daşıyır. Dövlətimizin başçısı yəhudi məktəbinin timsalında milli azlıqlar üçün ölkəmizdə reallaşdırılan layihələrin xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirdi.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi üçün ardıcıl siyasət həyata keçirdiyini qeyd etdibu siyasətin hazırda da uğurla davam etdirildiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolu barədə də ətraflı danışdı. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində vətəndaş müharibəsi, iqtisadi tənəzzül, ictimai-siyasi sabitliyin pozulması, Ermənistanın işğalı və sair çoxsaylı problemlərlə üz-üzə qalan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində bütün çətinlikləri qısa müddətdə arxada qoyduğunu və hərtərəfli inkişafa başladığını bildirdi.

Ölkəmizin müstəqil siyasət yürütdüyünü, xalqla iqtidarın birliyinə nail olunduğunu və dövlət siyasətində insan amilinin başlıca yer tutduğunu vurğulayan dövlətimizin başçısı respublikamızda əhalinin güzəranının durmadan yaxşılaşdığını, qısa müddətdə yoxsulluğun 49 faizdən 11 faizə endirildiyiniböyük miqdarda yeni yerlərinin yaradıldığını dedi. Məqsədyönlü siyasət nəticəsində ölkəmizin paytaxtının, eləcə də regionlarının tanınmaz dərəcədə dəyişdiyini və müasirləşdiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğuladı. Dünyada qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə də ölkəmizdə bütün sahələrdə inkişafın təmin edildiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanın son illərdə sıçrayışlı sosial-iqtisadi inkişafa nail olduğunu və hazırda dünyanın inkişaf etmiş ölkələri sırasında yerini tutmaq üçün səylərini daha da gücləndirdiyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycandakı müxtəlif dini icmaların azad fəaliyyəti üçün həyata keçirilən tədbirlərə bir daha toxunaraq bu baxımdan Bakıda yeni sinaqoqun inşa olunduğunu qeyd etdi. Dövlətimizin başçısı beynəlxalq səviyyədə Azərbaycan reallıqlarının təbliğinin gücləndirilməsinin vacibliyini dedibu baxımdan qarşılıqlı səfərlərin mühüm rol oynadığını söylədi.

MDB Yəhudiləri Cəmiyyəti Federasiyasının prezidenti Lev Levayev qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, Azərbaycanda bütün xalqlara, milli azlıqlara, o cümlədən yəhudilərə daim yaxşı münasibət bəsləndiyini dedi. Ümummilli lider Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırlayan Lev Levayev ulu öndərin tolerantlıqla bağlı müdrik siyasətinin indiPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Qonaq bu cür xoşməramlı siyasətə Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın da töhfələr verdiyini xüsusi qeyd etdi.

İsrailin baş ravvini Şlomo Amar Azərbaycana ilk səfərinin onda zəngin təəssürat doğurduğunu söylədi. O, respublikamız ilə ilk tanışlığından Prezident İlham Əliyevin siyasətində insan amilinin başlıca meyar olduğu qənaətinə gəldiyini dedi. Şloma Amar Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzinə gələnə qədər aparılan böyük quruculuq və yenidənqurma işlərinin şahidi olduğunu vurğuladı. Qonaq respublikamızdakı sinaqoqlarla tanışlığın onda razılıq doğurduğunu söylədi. Baş ravvin paytaxtda yeni sinaqoqun inşa olunması ilə bağlı bütün yəhudilər adından dövlətimizin başçısına minnətdarlığını bildirdi, Bakıda tikilən yeni yəhudi məktəbinin də ən müasir tələblərə cavab verdiyini dedi. Şlomo Amar məktəbin inşasına görə Prezident İlham Əliyevə minnətdar olduğunu söylədi.

İkinci dəfə Azərbaycana səfər etdiyini deyən Amerika Yəhudi Konqresinin prezidenti Cek Rozen ötən səfərindən bəri respublikamızın daha da inkişaf etdiyini və gözəlləşdiyini vurğuladı. O qeyd etdi ki, Azərbaycan müxtəlif dinlərin və millətlərin dostluq şəraitində birgə yaşamaları baxımından nümunə rolunu oynayır. Qonaq bu zəngin təcrübənin təbliğinin vacibliyini də diqqətə çatdırdı.

Rusiyanın baş ravvini Berl Lazar da Azərbaycandakı tolerantlığın nümunəvi xarakter daşıdığını və bu təcrübənin yayılmasının zəruriliyini vurğuladı. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan yenidənqurma tədbirlərinə toxunaraq Bakıda müasir yəhudi məktəbinin tikilməsini tolerantlığın yaxşı bir nümunəsi kimi dəyərləndirdi.

Görüşün sonunda Prezident İlham Əliyevə hədiyyə təqdim edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 5 oktyabr.- S. 1.