Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 oktyabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
I. Ümumi
müddəalar
1. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları (bundan sonra - Qaydalar) "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən hazırlanmışdır və fərdi məlumatların informasiya sistemlərinin (bundan sonra - İnformasiya sistemləri) dövlət reyestrinin tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir.
2. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri (bundan sonra - Dövlət reyestri) İnformasiya sistemləri barədə məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır.
3. Dövlət
reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.
4. Dövlət
reyestrinin aparılması
ilə bağlı xərclər dövlət
büdcəsi hesabına
maliyyələşdirilir.
II. Dövlət reyestrinin
formalaşdırılmasının əsas prinsipləri
5. Dövlət
reyestrinin formalaşdırılmasının
və fəaliyyətinin
əsas prinsipləri aşağıdakılardır:
5.1. mövcud qanunvericiliyin
tələblərinə riayət
edilməsi;
5.2. informasiyanın aktuallığının
və təhlükəsizliyinin
təmin edilməsi;
5.3. Dövlət
reyestrinin proqram-texniki
komponentlərinin inkişaf
imkanlarının təmin
edilməsi.
III. Reyestrin operatoru
6. Dövlət
reyestri Azərbaycan Respublikasının Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra - Reyestrin operatoru) tərəfindən aparılır.
7. Reyestrin
operatoru:
7.1. İnformasiya
sistemlərinin dövlət
qeydiyyatına alınmasının
və dövlət qeydiyyatının ləğv
edilməsinin kağız
daşıyıcı üzərində
və elektron formada təşkili və idarə olunmasını təmin edir;
7.2. Dövlət
reyestrinə metodik, informasiya-linqvistik, proqram-texniki
dəstəyi təmin
edir;
7.3. Dövlət
reyestrindən çıxarışlar
verir;
7.4. Dövlət
reyestrinə daxil edilmiş məlumatların
arxivləşdirilməsini və saxlanılmasını
təşkil edir;
7.5. Dövlət
reyestrinin dayanıqlı
işləməsini və
informasiya təhlükəsizliyini
təmin edir.
IV. Dövlət reyestrinin
formalaşdırılması və aparılması
8. Dövlət
qeydiyyatına alınmış
İnformasiya sistemləri
haqqında məlumatlar
Dövlət reyestrinə
daxil edilir.
9. Dövlət
reyestrinə daxil edilən məlumatlar İnformasiya sistemlərinin
dövlət qeydiyyatı
və ya dövlət qeydiyyatının
ləğv edilməsi
ilə bağlı məlumatlardan, habelə
"Fərdi məlumatlar
haqqında" Azərbaycan
Respublikası Qanununun
15.4-cü maddəsində nəzərdə
tutulmuş məlumatlardan
ibarətdir.
10. Reyestrin
operatoru elektron və ya kağız
daşıyıcılarda təqdim
olunmuş məlumatları
Dövlət reyestrinə
daxil edir və İnformasiya sisteminin mülkiyyətçisinə
Dövlət reyestrindən
çıxarış verir.
11. İnformasiya
sisteminin mülkiyyətçisi
Dövlət reyestrinə
daxil edilmək üçün təqdim
etdiyi məlumatların
tam və düzgün
olmasını təmin
etməlidir.
12. Reyestrin
operatoru İnformasiya sistemi haqqında məlumatları dəqiqləşdirmək
məqsədi ilə əlavə məlumat tələb edə bilər və ya İnformasiya sistemi ilə bilavasitə
13. İnformasiya
sistemində dəyişiklik
edildikdə və ya həmin sistem
ləğv edildikdə,
İnformasiya sisteminin
mülkiyyətçisi Dövlət
reyestrində müvafiq
düzəlişlər edilməsi
üçün üç
iş günü müddətində Reyestrin
operatoruna yazılı
surətdə müraciət
etməlidir.
14. Reyestrin
operatoru, bir qayda olaraq, ən
azı beş
ildə bir dəfə Dövlət reyestrində İnformasiya
sistemləri haqqında
mövcud olan müvafiq məlumatların
tam və düzgün
olmasını İnformasiya
sisteminin mülkiyyətçisinə
sorğu verməklə
və ya yerində
15. Dövlət
reyestrində hər bir informasiya sisteminə ardıcıllıq
qaydasında növbəti
qeydiyyat nömrəsi
verilir.
16. Dövlət
reyestrinin elektron formada təşkili və idarə olunması məlumatların
avtomatlaşdırılmış qaydada toplanılması, işlənilməsi və
mühafizəsini həyata
keçirməyə imkan
verən xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.
17. Dövlət
reyestrində mövcud
informasiya ehtiyatının
təhlükəsizliyinin təmin
edilməsi məqsədi
ilə onun aktual ehtiyat nüsxəsinin mövcudluğu
və saxlanılması
təmin olunur.
18. Dövlət
reyestrində fərdi
məlumatların informasiya
sistemləri haqqında
məlumatların arxivləşdirilməsi
qaydası Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun olaraq müəyyən edilir.
V. İnformasiya sistemləri
haqqında məlumat
19. Hüquqi
və fiziki şəxslər İnformasiya
sistemləri haqqında
məlumat almaq hüququna malikdirlər.
20. İnformasiya
sistemləri haqqında
məlumat Reyestrin operatorunun İnternet informasiya ehtiyatında yerləşdirilir.
21. İnternet
informasiya ehtiyatında
İnformasiya sistemləri
haqqında yerləşdirilən
məlumatın tərkibi
Reyestrin operatoru tərəfindən müəyyən
edilir.
Azərbaycan.- 2010.- 5 oktyabr.- S. 2.