Trend informasiya agentliyinin
15 yaşı tamam olmuşdur
Oktyabrın 4-də Bakı Əyləncə Mərkəzində Trend informasiya
agentliyinin fəaliyyətə
başlamasının 15 illiyi
ilə əlaqədar
tədbir keçirilmişdir.
Əvvəlcə agentliyin 15 illik fəaliyyətindən bəhs
edən sənədli
film nümayiş etdirilmişdir.
Sonra Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər
şöbəsinin müdiri
Əli Həsənov çıxış etmişdir. Əli Həsənov
Trend agentliyinin kollektivini
15 illik yubileyi münasibətilə təbrik
etmiş, Azərbaycan
mətbuatının inkişaf
tarixindən, agentliyin
əldə etdiyi uğurlardan, jurnalistlərin
fədakar əməyindən
danışmışdır. O demişdir ki, istənilən cəmiyyətdə
informasiyanın rolu böyükdür. Bu işdə mətbuat xüsusi rol oynayır. Ümummilli liderimiz Heydər
Əliyevin dediyi kimi, jurnalistika təkcə peşə deyildir, jurnalistika xüsusi bir fədarkarlıq tələb
edən fəaliyyət
növüdür. Trend
agentliyinin əməkdaşları
da fədakarlıq göstərmiş, cəmiyyətin
informasiya ilə təminatında mühüm
rol oynamışlar.
Agentlik ötən dövr ərzində ölkə ictimaiyyətinin informasiya təminatında, Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə, eləcə
də dünya xəbərlərinin Azərbaycan
ictimaiyyətinə çatdırılmasında
mühüm rol oynamışdır. Trend
İA beynəlxalq əlaqələr
də qura bilmişdir və bu gün dünyanın
bir neçə agentliyi ilə uğurla əməkdaşlıq
edir.
Sonra Əli Həsənov agentliyin bir qrup əməkdaşına
xatirə hədiyyələrini
təqdim etmişdir.
Tədbir incəsənət ustalarının
maraqlı konsert proqramı ilə başa çatmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 5 oktyabr.- S. 2.