Azərbaycan nümayəndə heyəti Mərakeşdə Beynəlxalq Notariat İttifaqının XXVI Konqresində iştirak edir

 

Oktyabrın 3-də Mərakeş şəhərində Beynəlxalq Notariat İttifaqının XXVI Konqresi öz işinə başlamışdır. Mərakeşin Müasir Notariat üzrə Milli Palatası ilə əməkdaşlıq çərçivəsində Beynəlxalq Notariat İttifaqının təşkil etdiyi konfransda Azərbaycan daxil olmaqla 86 ölkədən iki mindən çox nümayəndə iştirak etmişdir. Konqres ərəb və Afrika ölkələrində ilk dəfə Mərakeş Krallığında keçirilmişdir. Konqresdə əsasən "Cəmiyyətin yeni problemləri ilə mübarizədə dövlətin işinə Notariat xidmətinin töhfəsi", "Maliyyə bazarlarının şəffaflığı", "Təmir və ətraf mühit" və "İnvestisiyaların təhlükəsizliyi sahəsində icraedici qüvvəsilə rəsmi notarial saziş" və s. mövzular müzakirə olunmuşdur.

Mərakeşin ədliyyə naziri Məhəmməd əl-Nasiri demişdir ki, notariat xidmətinin hüquq-müqavilə bazasının inkişaf etdirilməsi notarius xidməti üçün hüquqiiqtisadi cəhətdən aktual məsələdir. Xidmət, ticarət dövriyyəsi və inşaat sahəsində möhkəm investisiya şəraitinin yaradılması üçün əsaslı bir mexanizm kimi notariat xidməti milli, regional və beynəlxalq müstəvidə baş verən dəyişiklik və yeniliklərlə harmoniya təşkil etməlidir.

Konfransda Azərbaycanı ədliyyə nazirinin müavini Toğrul Musayevin rəhbərliyi ilə nümayəndə heyəti və səfir S.Ağabəyov təmsil edirlər.

Konqres işini oktyabrın 6-dək davam etdirəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 5 oktyabr.- S. 2.