Muğama verilən yüksək qiymət
Dövlət
başçısına minnətdarlıq
Səhnəyə çıxdığım gündən çalışmışam ki, sənətimlə məşğul olum. Minilliklərin sınağından çıxmış və böyük ustadlarımızdan bizə əmanət qalmış xalq mahnılarını, muğamları məharətlə ifa edim. Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Zülfü Adıgözəlovun, Yaqub Məmmədovun, Mütəllim Mütəllimovun, Əbülfət Əliyevin, Şahmalı KürdoğlununE və nəhayət, müəllimim olmuş xalq artisti Arif Babayevin yolunu ləyaqətlə davam etdirə bilim. Əslində mən onların səslərinə, mahnılarına qulaq asa-asa öyrənmişəm. Tələbəlik illərində sənət müəllimim muğam ustadı Vahid Abdullayev olub. Bu gün yaşımın 50-ci tamamında elə bilirəm ki, onları xatırlamağım həm vətəndaşlıq, həm də tələbəlik borcumdur.
Çox sevinirəm ki, əməyim həm xalq, həm də dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Xüsusilə də son illərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan muğamlarına göstərdiyi diqqət, qayğı, sözün əsl mənasında, qarşımızda geniş üfüqlər açdı. Keçirilən muğam müsabiqələrində münsif olmağım, istedadlı ifaçıların seçilməsində iştirakım mənə ruh verdi. Bu gün Azərbaycan muğamlarının yeni inkişaf dövrü başlayıb. Xalq mahnılarımızın və muğamlarımızın xoş sədası təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif qitələrində eşidilir. Azərbaycan musiqisinin şahı sayılan muğamlarımız YUNESKO-nun irs siyahısına düşüb. Belə bir şərəfli sənətin daşıyıcısı olmaq həqiqətən fəxarətdir. Bu gün muğam ifaçılarına göstərilən diqqət və qayğı müqayisəyəgəlməzdir. Xüsusilə də xarici ölkə ifaçılarının muğamlarımıza maraq göstərməsi, beynəlxalq musiqi festivallarında oxumaları bizim üçün nə qədər xoşdur. Müxtəlif tədbirlərdə ana dilimizdə bir kəlmə danışa bilməyən ifaçıların "Qarabağ şikəstəsi" oxuması bizə unudulmaz anlar yaşadıb.
Muğam sənətinin inkişafındakı əməyim həmişə yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin göstərdiyi qayğını heç vaxt unuda bilmirəm. Məhz ümummilli liderin sərəncamı ilə mən ilk dəfə fəxri ad - əməkdar artist adını almışam. Prezident mükafatına layiq görülmüşəm. 2005-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə xalq artisti adına layiq görülmüşəm. İndi 113-cü dəfədir ki, mən səhnəyə Məcnun kimi çıxıram.
Bu günlərdə mənə və bütün muğamsevərlərə gözlənilməz sevinc bəxş edən Prezident İlham Əliyevə hədsiz minnətdaram. Heç ağlıma da gətirə bilməzdim ki, 50 yaşımda ölkə başçısı tərəfindən "Şöhrət" ordeninə layiq görülə bilərəm. Bu, Azərbaycan muğamına, ifaçılıq sənətinə verilən yüksək qiymətdir. Buna görə də dövlət başçısına təşəkkürümü bildirirəm.
Bir sənətkar kimi arzularım sonsuzdur. İnanıram ki, cənab İlham Əliyevin apardığı uğurlu
siyasət və gərgin mübarizə nəticəsində biz işğal
altında qalmış
gözəl Qarabağımıza
mütləq qayıdacağıq.
Cıdır düzündə,
Mənsum İBRAHİMOV,
xalq artisti
Azərbaycan.- 2010.- 5 oktyabr.- S. 4.