"N" hərbi hissəsi ilə
tanışlıq
Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərəkdəki
"N" hərbi hissəsində olmuşdur.
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlət başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış oldu.
Məlumat verildi ki, 2008-ci ildə inşa olunmuş binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait vardır. Binadakı əsgər yataqxanasında səliqə-sahman göz oxşayır. Heydərabad qəsəbəsində hərbi hissənin zabitləri üçün evlər tikilmişdir.
Prezident İlham Əliyev əsgərlərin məşğələ prosesini izlədi.
Dövlətimizin başçısı müşahidə məntəqəsindən təmas xəttini seyr etdi.
Prezident İlham Əliyev hərbi hissəyə təcili tibbi yardım maşını hədiyyə etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 6 oktyabr.- S. 4.